AP-nın komitəsi Ukrayna üçün vizasız rejimin tətbiqinə dair səsvermə keçirib

Avropa Parlamentinin (AP) Vətəndaş azadlığı, ədliyyə və daxili işlər üzrə komitəsi Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiqinə dair qanunverici aktın mətninə səs verib. Qanun layihəsi institutlararası danışıqlar çərçivəsində razılaşdırılıb. Hazırda sənəd Avropa Parlamentinin plenar iclasında səsə qoyulmalıdır.  

Xudaferin.eu UNİAN-a istinadən xəbər verir ki, müvafiq səsvermə bu gün Brüsseldə komitənin iclasında keçirilib. 

Lehinə 39, əleyhinə 4 nəfər səs verib, bir nəfər isə bitərəf qalıb. 

Qanunverici aktın mətni trialoqun nəticəsində razılaşdırılmış və Aİ Şurasının baş katibliyin 3 mart tarixli məktubunda təqdim edilib.  

Avropa Parlamenti və Aİ Şurasına aşağıdakı qərarları qəbul etmək təklif edilir: “I müddəada (viza rejiminin tətbiq edildiyi ölkələrin siyahısı) Ukraynaya işarə ləğv edilsin, II müddəada (vizasız rejimin tətbiq edildiyi ölkələrin siyahısı) Ukraynaya işarə qoyulsun. Akt rəsmi jurnalda dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək”.

Xudaferin.eu

21:12