Antropoloq: Siyasi təhlükə bu gün imperiya məntiqinin yenidən qayıdışı kimi görünür

Siyasi təhlükə bu gün imperiya məntiqinin yenidən qayıdışı kimi görünür. “Müharibələrin geri dönüşü”, sadəcə, regional qarşıdurmaların artması deyil, kolonial düşüncə tərzinin davamı, hətta yenidən fəallaşması kimi oxuna bilər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri antropoloq, "Qara Sivilizasiya" Muzeyinin İdarə Heyətinin üzvü, “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, müasir rəqəmsal texnologiyalar bəzən kolonial məntiqin yeni forması kimi çıxış edir. Nəzarət kapitalizmi, məlumatların kütləvi şəkildə toplanması və çıxarılması, iri texnoloji platformalarla cəmiyyətlər arasında yaranan güc asimmetriyası bu prosesin əsas xüsusiyyətlərindəndir.

"Ekoloji təhlükə də kolonial irslə sıx bağlıdır. Ekstraktiv iqtisadi model, ərazilərin iyerarxiyalaşdırılması və bəzi regionların “qurban zonaları”na çevrilməsi, ekoloji xərclərin Qlobal Cənuba ötürülməsi bu əlaqəni açıq şəkildə göstərir", - deyə Sename Kofi Aqbodjinu vurğulayıb.

Xudaferin.eu

14:54