Antalya Diplomatiya Forumu ümumdünya sülh, ədalət və tərəqqi platformasıdır
Türkiyə Prezidentinin himayədarlığı əsasında bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan, Azərbaycanın geniş tərkibdə və fəal iştirakı ilə keçirilən Antalya Diplomatiya Forumu (ADF) təkcə iki qardaş ölkədə deyil, dünyanın əksər ölkələrində böyük maraqla qarşılanıb. Antalya Diplomatiya Forumu həm iştirakçıların, həm də tədbirdə müzakirə olunan mövzulara maraq göstərən, xüsusən də sülh və ədalət axtaran, yaxud bu anlayışın əhəmiyyətinə dəyər verən tərəflərin böyük marağına səbəb olub. Əminliklə demək olar ki, dünyada diplomatiyanın yenidən qurulması üçün faydalı olan sülh, ədalət və tərəqqi çağırışlı prinsiplərin nümayişi və sülhsevər dünya birliyi tərəfindən inamla qəbul edilməsi Antalya Diplomatiya Forumunun əldə etdiyi ən böyük qazancdır. Bu baxımdan Antalya Diplomatiya Forumu dünyanı düşündürən vacib siyasi məsələlərin müzakirə olunduğu geniş platformaya çevrilib.
Azərbaycanın Antalya Diplomatiya Forumunda iştirakı
Azərbaycan həm qardaş Türkiyəyə siyasi dəstək vermək, həm də ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün yaranmış yeni fürsətdən səmərəli yararlanmaq məqsədilə ADF-nin işində fəal iştirak edib.
Bu baxımdan, mühüm beynəlxalq platformaya çevrilən Antalya Diplomatiya Forumunda Azərbaycanın iştirakına dair bəzi mühüm məqamları təqdim etmək vacibdir. Azərbaycan nümayəndələrinin Forum çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, müsahibə və açıqlamaları Türkiyə KİV-i tərəfindən geniş yayılıb və şərh olunub. Keçirilən ikitərəfli görüşlərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət çərçivəsində mümkün yeni əməkdaşlıq imkanları təhlil olunub.
Antalya Diplomatiya Forumunu cəlbedici edən amillər
Antalya Diplomatiya Forumunun nəticələrinə gəlincə, demək olar ki, istənilən beynəlxalq platformanın əhəmiyyətinə dair mühüm məqamlar bunlardır: tədbir iştirakçılarının sayı, müzakirə olunan məsələlərin aktuallığı, dünya üçün cəlbediciliyi, yüksək təşkilatçılıq, bərabərlik prinsipinin gözlənilməsi, ev sahibinin səmimiyyəti və sair.
Prezident Rəcəb Tayyib Ərdoğan Forumun rəsmi açılış mərasimində nitq söylədi. Eyni zamanda, BMT-nin Baş katibi Antonio Quterreşin iştirakçılara videomüraciəti yayımlandı. Üç gün davam edən Forumda 17 dövlət və hökumət başçısı, 80 nazir olmaqla, 75 ölkədən nümayəndələr iştirak etdilər. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla, 39 beynəlxalq və regional təşkilatın təmsilçiləri müzakirələrə qoşuldular.
Xatırladaq ki, 2019-cu il fevralın 15-dən 17-dək keçirilmiş Münxen Təhlükəsizlik Konfransında təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edib. Nəzərə almaq lazımdır ki, bu Forum yeni növ koronavirus infeksiyasından (COVID-19) əvvəl, yəni, sosial məhdudiyyətin olmadığı bir vaxtda, Antalya Diplomatiya Forumu isə məhz COVID-19 pandemiyasının davam etdiyi günlərdə keçirilib. Bu mənada cəmi iki dəfə keçirilməsinə baxmayaraq, ADF-ni “Valday” Beynəlxalq Diskussiya Klubu, Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edə bilərik. Bu Forumda Türkiyə bir sıra siyasi dividentlər, dünya birliyi isə yeni fundamental müzakirələr platforma qazandı. Məhz buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 15-də hökumətin iclasından sonrakı çıxışında ADF-in fəaliyyətini diplomatiya mərkəzinə çevrilən Türkiyənin mövqelərinin güclənməsi kimi şərh edib.
Antalya Diplomatiya Forumu ərəfəsində yaddaqalan mühüm hadisələrdən biri də rəsmi Ankaranın ADF-dən kənar, fasiləsiz olaraq dövlət və hökumət başçılarını ali qonaq səviyyəsində qəbul etməsidir. Belə ki, İsrail Prezidenti İsxak Hersoqun martın 9-da, Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisinin martın 13-də, Almaniyanın Kansleri Olaf Şoltsun martın 14-də, Polşa Prezidenti Andjey Dudanın isə martın 16-da Türkiyəyə səfərləri qardaş ölkənin geosiyasi gücünün göstəricisi kimi qəbul edilməlidir. Bu sıraya Türkiyə Prezidenti başda olmaqla, ölkənin rəhbər şəxslərinin böyük dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları da əlavə etsək, böyük bir siyahı alınar. Türkiyənin ümumdünya diplomatiyasının mərkəzinə çevrilməsinin şərtlərinə gəldikdə isə burada neft və enerji amili inkarolunmazdır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən neft strategiyası və onun uğurla davam etdirilməsi, bu strategiyanın nəticəsi olaraq həyata keçirilən müxtəlif nəqliyyat və enerji layihələri Türkiyənin gücünə güc qatıb. Təsadüfi deyil ki, “Azərbaycan qazı Türkiyənin geostrateji gücünü artırır” kimi ifadələrə son dövrlərdə Türkiyə mediasında daha çox rast gəlinir.
Antalya Diplomatiya Forumunda əldə olunan nəticələr
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada keçirdikləri görüş Forumda yaddaqalan ən ciddi hadisələrdən biri kimi tarixə düşüb. Kimin necə qarşılamasından asılı olmayaraq, dünya birliyinin Ukrayna böhranı qarşısında aciz qaldığı bir vaxtda münaqişə başlanandan bəri ilk dəfə olaraq Rusiya və Ukraynanın xarici işlər nazirləri Türkiyənin vasitəçiliyi ilə Antalyada görüşdülər. Xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 15-də Rusiyaya getməsi, bu səfərin ardınca isə Ukraynaya planlaşdırılan ziyarəti deməyə əsas verir ki, Antalya Forumu çərçivəsində keçirilmiş görüş sülh üçün ümidvericidir.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın martın 12-də bir araya gəlməsi mühüm siyasi hadisə kimi dəyər qazandı.
Bütün bunlar deməyə əsas verir ki, ikinci dəfə keçirilməsinə baxmayaraq, Antalya Diplomatiya Forumu beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilib. Forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, yeni münasibətlər qurmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün ən əlverişli platformalardan birinə çevrilməkdədir. Qətiyyətlə demək olar ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi Antalya Diplomatiya Forumunda bütün mənalarda Azərbaycan tərəfini özünü ev sahibi kimi hiss etməyə imkan verib.
Sabir Şahtaxtı

Xudaferin.eu
13:24
Digər xəbərlər