Ankaraya ŞOK: ABŞ PKK-ya zenit-raket kompleksi verdi
ABŞ prezidentindən təqdiq qərarını gözləmədən HHM silahı olan mobil stinger raketlərini yola salıblar. Türkiyə mətbuatı Amerikanın açıq-aşkar şəkildə PKK yaraqlılarını silahlandırmasından yazıb. Terrorçulara stinger yardımı qərarına Konqresdən razılıq alan ABŞ prezidentin qərarı təsdiqləməsini gözləmədən YPG-yə düz 7 vertolyot silah göndərib. Suriyadakı müxalifətçilərə səyyar hava hücumundan müdafiə silahları verilməsini təsdiqləyən büdcə səsverməsindən sonra Amerika terror təşkilatına dəstək olmaq üçün vaxt itirmədən fəaliyyətə başlayıb. Vaşinqton iqtidarının Obamanın layihəni imzalamasını gözləmədən, PKK terror təşkilatının Suriyadakı silahlı qanadı olan YPG-yə vertolyotla silah daşıdığı bildirilib. “Bas Nyus”un verdiyi xəbərə görə, PKK/YPG-yə tabe olan Suriya Demokratik Qüvvələrindən olan bir nəfər YPG-nin nəzarətində ola Ayn İsaya 7 ədəd hərbi vertolyotla silah göndərib. İŞİD ilə SDQ-nin əli ilə mübarizə etdiyini bəyan edən ABŞ silah tədarükünü Rakka əməliyyatının ikinci mərhələsi üçün həyata keçirdiyini bildirib. “Bas Nyus”a müsahibə verən başqa bir SDQ üzvü isə koalisiya ölkələrinin də Rakka əməliyyatı üçün onlara müasir silahlar verdiyini təsdiqləyib.
YPG üçün təminatlı region
Göndərilən silahlar arasında stinger raketləri və zirehli avtomobillərə qarşı istifadə edilmək üçün raketlər olduğunu etiraf edən mənbə, ABŞ-ın Suriyada YPG-ninn nəzrətində olan, təhlükəsizliyi təmin edilmiş bir region yaratmağı planlaşdırdığını söyləyib.
PKK Şəncardan çıxacaq
Türkiyənin “Star” qəzetinin yazdığına görə, ABŞ, PKK terror təşkilatını Səncardan çıxarmaq istədiyini bildirib. Amerikanın Ərbildəki baş konsulu Ken Qross dünən Səncarda yerki icra orqanının başçısı Naif Seydo ilə görüşüb. Seydo PKK-nın Səncarda uşaqları silahlandırmasından narahatlığını bildirib. Qross idə cavabında: “PKK-nın Səncarı tərk eləməsi üçün yeni bir mexanizm axtarırıq” deyib.

Hurriyyet.org
13:39
Digər xəbərlər