Ankaranın simvolu sökülür və onun yerində məscidmi tikiləcək???

 

Türkiyənin baskındı Ankaranın simvolu olan abidənin sökülərək yerində məscid tikiləcəyi iddiaları ortaya atılıb.

 

Başkənd Ankaranın rəmzi sayılan Kızılay meydanında yerləşən Güvenparkdakı tarixi abidənin dağıdılaraq yerinə məscid tikiləcəyi iddiaları sosial mediada geniş əks-səda doğurub. Ankara Böyükşəhər Bələdiyyəsi isə bu iddiaya cavab verib. "Hürriyet" qəzetinə açıqlama verən bələdiyyə rəsmisi "Abidə heç vaxt sökülməyəcək, Güvenparkda məscid də tikilməyəcək. Keçiören metrostansiyası ilə avtobus dayanacağı parkında kiçik məscid inşa oluna bilər. Bu da hələ dəqiq deyil", - deyə bildirib.
Ancaq, o da bəllidir ki, Kızılay meydanında yerləşən Güvenparkdakı tarixi abidənin yerli bələdiyyəyə məxsus işçilər tərəfindən sökülməsi və vandalcasına dağıdılması olayını onminlərlə sakin müşahidə etmişdir. Belə bir vandalizmə etiraz olaraq, yerli əhalinin etiraz aksiyaları keçrəcəyi gözlənilir. 
Qeyd edək ki, 2003-cü ildən Türkiyədə iqtidarda olan AKP-nin yaratdığı dindar və əşirətçi rejim siyasətinə indi artıq kimsə inanmır. 16 aprel 2017-ci il tarixdə keçirilən Ana Yasa qanunlarına dəyişiklik referendumunda ilk dəfə olaraq, Türkiyənin ən iri şəhərləri AKP iqtidarına “HAYIR” deyə imza atdı. AKP-nin siyasi və ideoloji baxımdan ölkənin tədricən dindar siyasətə sürükləməsi sonucu olaraq, 80 milyonluq əhalinin azından 18 faizinin işsiz qalması, xarici yatırımçıların ayağının tədricən kəsilməsi, qonşu dövlətlərlə münasibətlərin dərin çatlara səbəb olması, beynəlxalq birliyin Türkiyədəki baş verən bir sıra qanunsuzluqlara etirazlar etdiyində AKP iqtidarının sərt davranışları ölkə əhalisinin daha da kasıblaşmasına səbəb olmuşdur. AKP iqtidarının tək öyündüyü ölkədə məscid tikintikisinin sürətli artımıdır. Demək olar ki, ölkə qeyri rəsmi şəkildə mollaxana rejimini xatırladır.
 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:38