Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” konfransı

 

Türkiyәnin başkəndi  Ankarada Xocalı soyqırımının 25-ci ildönümünә hәsr olunmuş
‘‘Xocalı Soyqırımı, İnsanlıq Әleyhinә Cinayәtlәr vә Terrorizm’’ mövzusunda Beynәlxalq Konfrans keçirildi.

 

Konfrans çәrçivәsindә ilk olaraq Xocalı soyqırımı qurbanlarının vә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin iyulun 15-dә törәtdiyi uğursuz çevriliş cәhdi zamanı şәhid olanların әziz xatirәsi birdәqiqәlik sükutla yad edildi. Konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tәdbirin rәsmi açılışında Türk Şurasının Baş Katibi Ramil Hәsәnov, Xoca Əhməd Yasәvi Uluslararası Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sәdri Prof. Musa Yıldız, Azәrbaycanın tәhsil naziri Mikayıl Cabbarov, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu, Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Türkiyә Böyük Millәt Mәclisinin sәdrəvəzi Әhmәd Aydın çıxış ediblәr.

Çıxışlarda vurğulanıb ki, “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda ediləcək çağırışlar Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına və bu bəşəri cinayəti törədən erməni millətçilərinin beynəlxalq ədalət məhkəmələri tərəfindən cəzalandırılması üçün daha bir zəmin olacaq. Diqqətə çatdırılıb ki, bütün dünya ictimaiyyətnin Xocalı cinayətini soyqırımı aktı kimi tanıması gələcəkdə belə cinayətlərin baş verməməsinə əsas ola bilər.

Konfrans “Xocalı soyqırımı: XX əsrin sonunda insanlıq faciəsi” və “İnsanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm və onların əlaqəsi” mövzularında keçirilən panel iclaslarla davam etdirilib. İştirakçılara Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ probleminə dair kitablar, eləcə də Xoca Əhməd Yesəvi Uluslararası Türk-Qazax Universitetinin nadir nəşrləri təqdim edilib. Konfrans salonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm sərgisi nümayiş etdirilir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

08:47