Ankarada “Qafqaz Qartalı-2021” təlimlərində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında keçirilən “Qafqaz Qartalı–2021” təlimləri başa çatıb. Avqustun 2-də start götürmüş təlimlərə Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin hərbçiləri qatılıblar. Təlimlərdə Azərbaycan xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçuları da iştirak ediblər.
Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə məqsəd Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və qardaşlıq əlaqələrini inkişaf etdirməkdir.
Avqustun 11-də keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Eldəniz Namazov, Rafael Gözəlov, Anar Qasımov və Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov iştirak ediblər.

Sabir Şahtaxtı
Xudaferin.eu
23:10
Digər xəbərlər