Ankarada Güney Azərbaycan siyasi məhbuslarına dəstək mitnqi

Türkiyənin başkəndi Ankarda Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndəliyinin binası qarşısında Güney Azərbaycan Milli Hərəkatının fəalı Mürtəza Muradpurun və Milli Hərəkatın digər fəallarının hüquqlarının müdafiəsi məqsədi ilə etiraz aksiyası keçirilib. Etiraz aksiyasını düzənləyənlər isə, mühacirətdə yaşayan və fəaliyyət göstərən Güney Azərbaycan Milli Hərəkatının fəalları olmuşlar.

Etirazçılar əllərində Mürtəza Muradpur və digər siyasi məhbusların şəkillərini qaldıraraq BMT-nin diqqətini Güney Azərbaycana çəkməyə çalışıblar. Mitinqdə İran adlı bir ölkədə irqçilik siyasətinə etiraz edənlərin qorxudulması, onların həbs edilməsi, insan haqlarının hər addımda pozulması, Ana Yasa qanunlarına görə hər bir millətin öz ana dilində təhsil almaq hüququnun tələb edilməsinin yasaq olduğu barədə çıxışlar olunub.  İran adlı bir ölkədə bütün xalqların milli varlığının inkar siyasətinin aparılması, hər bir xalqın öz milli hüquqları çərçivəsində yaşamaq istəyi qeyd olunmuşdur.  Beynəlxalq birliyin də tələb etdiyi kimi siyasi görüşlərinə insanların həbs edilməsinin yasaq olmasına baxmayaraq,  mövcud rejimin fərqli baxışlara malik olan vətəndaşları həbs etməsi və hətta onlara qarşı ən ağır işgəncələrin tətbiq olunması məsələsi də gündəmə gətirilmişdir. Mitinqdə o da qeyd olunmuşdur ki, siyasi məhbus Mürtəza Muradpur düz 68 gündür qanunsuz olaraq həbs edilməsinə görə etiraz əlaməti kimi 68 gündür aclıq keçirir.

Xudaferin.eu
Ankara Bürosu

 

15:49