Ana Yasa dəyişikliyi: Yeni prezident və parlament seçkilərinin zamanı bəlli oldu

Türkiyədə AKP-nin prezident idarə üsulunu ehtiva edən Ana Yasa dəyişikliyi qəbul edilib. Daha öncə 21 maddə olan Ana Yasa dəyişikliyi təklifi 3 maddənin çıxarılmasıyla 18 maddəyə düşüb. Təklifin qəbul edilməsiylə birlikdə ümumi seçki və prezident seçkisi tarixi də dəqiqləşib. Seçkilər 3 noyabr 2019-cu il tarixində keçiriləcək.

Komissiya müzakirələrinə 20 dekabrda başlanan və AKP-li 316 millət vəkilinin imzası olan Türkiyə Respublikası Ana Yasasında dəyişikliklərlə bağlı Qanun təklifini qəbul edib. Danışıqların ən uzunu son gün olub. Komissiya təklifi qəbul etmək üçün son gün təxminən 17 saat işləyib. Parlament üçün sonrakı seçkiləri və prezident seçkisi 3 noyabr 2019-cu il tarixində keçiriləcək. Seçki gününə qədər millət vəkilləri və prezident vəzifəsinin icrasına davam edəcək.
Xatırladaq ki, Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) razılığına əsasən 21-dən 18 maddəyə salınan Ana Yasa dəyişikliyi təklifi danışıqları 20 dekabrda başlamışdı.
Təklifin qəbul edilən digər maddələrinə görə:
-Parlamentdə millət vəkili sayı 550-dən 600-ə artırılacaq;
-Millət vəkili yaşı 25-dən 18-ə endiriləcək;
-Millət vəkili və prezident seçkiləri 5 ildən bir, eyni gündə keçiriləcək;
-Komissiyada davam edən yığıncaqlarda əvvəlki günlərdə "Ehtiyat millət vəkilliyi" təklifini ehtiva edən 5-ci maddə  ləğv edilib;
-Dəyişikliyə görə, prezident seçilən adamın partiyası ilə əlaqəsi kəsilməyəcək. Bu maddədə yer alan "prezident doğuştan Türk vətəndaşı ola bilər" ifadəsi də "Türk vətəndaşı olanlar" şəklində dəyişdirilib;
-Dəyişikliyə görə, prezident və Türkiyə Böyük Millət Məclisinə qarşılıqlı olaraq denonsasiya səlahiyyəti verilir. Prezident, eləcə də TBMM yeni seçilən prezidenti və millət vəkilləri vəzifəyə başlayana qədər vəzifəsinə davam edəcək; -TBMM üzv sayının beşdə üç səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verə biləcək;
-Prezident seçkiləri və ümumi seçkilər birlikdə keçiriləcək; -Prezidentə OHAL (fövqəladə vəziyyət - red.) səlahiyyəti verilir. Tənzimləməyə görə, OHAL-da qərarların Məclis təsdiqi müddəti bir aydan üç aya çıxarılıb. OHAL səbəblərinə səfərbərlik halı də əlavə olunacaq;
-Hərbi məhkəmə tamamilə ləğv olunacaq;
-Hərbi Məhkəmədən gələn üzvlərin çıxarılmasıyla Konstitusiya Məhkəməsinin üzv sayı 15-ə endiriləcək.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

12:50