“Amtimes”: Sarkisyan mənasız səfərləri ilə dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir iş görmür

 

Ötən həftə Ermənistan prezidentinin Hindistana etdiyi səfər yenə də ölkə mətbuatının diqqətində olub. “Amtimes” saytı yazır ki, son vaxtlar Ermənistan prezidentinin səfərlərindən baş açmaq olmur. Prezident səfərə gedir, lakin bu səfərlərin mahiyyəti heç kimə aydın deyil.

 

Hindistanda səfərdə olan S.Sarkisyan bu ölkənin Baş naziri ilə görüşərək boğazdan yuxarı bəyanatlardan başqa bir söz demədi. “Görəsən, Hindistan ilə Ermənistanı bir-birinə bağlayan nədir?” sualını qoyan sayt yazır ki, 1 milyard 200 milyon əhalisi olan Hindistan üçün Ermənistan, ümumiyyətlə, bazar sayılmır. Hindistan isə Ermənistan üçün bazar ola bilməz. Çünki Ermənistanın elə bir istehsalı yoxdur ki, Hindistanı təmin etsin. Son illərdə Hindistan Ermənistan iqtisadiyyatına cəmi 100 min dollar sərmayə yatırıb. Bu, gülməli rəqəmdir. Ermənistan isə Hindistana zibilxanalardan yığılan metal qırıntılarını ixrac edir ki, bu da üçüncü ölkələrin vasitəsilə həyata keçirilir.

Sayt qeyd edir ki, ola bilsin S.Sarkisyan Hindistan ilə iqtisadi əlaqələr qurmaq istəyir. Lakin hansı potensialla? Qeyd olunur ki, prezident S.Sarkisyan belə mənasız səfərləri ilə dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir iş görmür.

 

Amtimes.am

 

10:01