Amerikada miqrantlar Trampa qarşı maraqlı etiraz aksiyası keçiriblər – VİDEO

Amerikada miqrantlar Donald Trampın miqrasiya siyasətininin nəticələrinin necə olacağını göstərmək üçün “Miqrantsız bir gün” adlı maraqlı etiraz aksiyası keçiriblər.

XUDAFERİN.eu faktxəbər-ə istinadən məlumat verir ki, “Miqrantsız bir gün”ün təşkilatçıları ABŞ-da yaşayan, ancaq Amerika vətəndaşı olmayan sakinlərdən ölkənin iqtisadiyyatı və digər sahələri üçün nə qədər vacib olduqlarını göstərməyə çağırıblar. Bunun üçün miqrantlar bir gün evdən çıxmamalı, mağazalara, kafelərə getməməli, hətta uşaqları məktəbə buraxmamalıdırlar.

Bunun nəticəsində Vaşinqton, Filadelfiya, Çikaqo, Boston, Xyuston və Nyu-Yorkda yüzlərlə restoran və digər müəssisələr bağlı qalıb. Bundan əlavə təzə ət, çörək, meyvə və tərəvəz tapmaq çətinləşib.

Aksiya ABŞ-ın Müdafiə Nazirliyinə də təsir göstərib: Belə ki, Pentaqonun özündə bəzi kafelər, o cümlədən Sturbucks, Taco Bell və Burger King bağlı qalıb.

Massaçusetsdə Uels kollecinin administrasiyası yerli muzeydən miqrantların hazırladığı bütün əl işlərini yığışdırmağa söz verib, Çikaqoda isə aksiyaya Pete-s Fresh Market-in 12 ərzaq dükanından 5-i bağlı qalıb. Mağaza sahibi işçilərə işə çıxmamağa icazə verib.

Bununla birgə, miqrantlarla həmrəy olduqlarını bildirmək üçün amerikalılar küçələrə tökülərək Tramp Administrasiyasının qərarından narazılıqlarını bildiriblər.

XUDAFERİN.eu


 

17:44