Amerika hava limanında silahlı hücum

Amerika Birləşmiş Ştatlarının Florida əyalətindəki “Fort Lauderdale-Hollywood” Beynəlxalq Hava Limanında silahlı hücum olub. İraq müharibəsində iştirak etmiş təcavüzkarın silahından 5 adam həyatını itirib, 8 nəfər isə yaralanıb. Havalimanını qana bulayan təcavüzkar qısa müddətdə tutulub, Federal Təhqiqat Bürosu FBI və polis tərəfindən istintaqa cəlb olunub, daha sonra psixoloji problemi olduğu bildirilərək ruhi xəstəxanaya göndərilib. Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

Qeyd edək ki, 4 terminalı olan “Fort Lauderdale-Hollywood” Hava Limanı gündə 70 mindən çox yolçunun giriş-çıxış etdiyi hava limanıdır.

Xudaferin.eu

12:44