Almaniyaya gedən azərbaycanlılara BƏD XƏBƏR: Deportasiya başlayır

 

Almaniya yüz minlərlə miqrantı ölkədən deportsya etməyə hazırlaşır
 

Ölkədə sığınacaq verilməyən şəxslərin deportasiyası ilə bağlı ciddi müzakirədən sonra bu qərar qəbul edilib. Bu barədə “Bild am Sonntag”a açıqlamasında federal kanslerin adminstrasiyasının rəhbəri və xüsusi məsələlər üzrə federal nazir Peter Altmayer bildirib. Onun sözlərinə görə, 2015-ci il ehtiyatı olan bu şəxslərə humanitar yardım ili olub. 2016-cı ildə qaçqın axını azalıb: “İndi isə ölkə ərazisində yaşamaq hüququ olmayan şəxslərin Almaniyanı tərk etməsinin zamanı çatıb”.

Altmayer qeyd edib ki, ötən il 80 min nəfər artıq ölkəsinə göndərilib: “2016-cı ildə qaçqın statusu ilə bağlı 700 min müraciət olub. 300 min nəfərə rədd cavabı verilib. Onlar qısa zamanda ölkələrin göndərilməlidir. Əks təqdirdə ədalət məhkəməsinə olan inam azalacaq”.

Qeyd edək ki, Almaniya Azərbaycandan olan qaçqınların da sığınacaq üçün ən çox müraciət etdiyi ölkələrdəndir. Almaniyanın miqrant axınlarının qarşısını almaq üçün atdığı bu addımın başqa bir mənası isə, Orta Şərq ölkələrindən gələn mühacirlərin çoxu yerli qanunları tanımamaq bir yana, dəhşət saçan kriminogen durumu da artıması səbəb olub. 

Xəzər

Cebhe.info

 

08:51