Almaniyanın yeni prezidenti and içdi

 

Yeni dövlət başçısı Frank-Valter Ştaynmayerin andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (Federal Torpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib.

Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Bu ilin fevral ayının 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb. Andiçməyə sabiq prezindent Yoahim Qauk da qatılıb.

Beləliklə də Federal dövlətin yeni prezidenti Frank-Valter Ştaynmayer növbəti beş il üçün bu ölkənin prezidenti postunu daşıyacaq. Qeyd edək ki, Almaniya bu gün Avropa qitəsində ölkədaxili və xarici siyasətdə liberal siyasətlə uzlaşma düzəni yönündə tək bir ölkə olaraq tanınmaqdadır. Frank-Valter Ştaynmayer bir mütəxəssis kimi bu sahədə ən peşəkar mütəxəssislərdən biri kimi tanınır.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu” 

09:58