Almaniyanın bu əyalətində komendant saatı elan edildi

Almaniyanın Bavariya əyalətində bu gecədən komendant saatı elan edilib. Xeber.de-nin məlumatına görə, beləliklə Bavariya koronavirus pandemiyası ilə bağlı komendant saatı elan edən ilk federal əyalət olub. 13 milyonluq əhalisi ilə Almaniyanın ən vacib sənaye mərkəzlərindən biri olan Bavariya əyalətində bu gündən etibarən qüvvəyə minəcək komendant saatı 2 həftə davam edəcək. Bavariya federal əyalətinin baş naziri Markus Söder bununla bağlı açıqlamasında bildirib ki, bu qərarı vermək elə də asan olmayıb.

M.Söder bildirib ki, qərara əsasən əhaliyə evlərini yalnız işə, həkimə və ya aptekə getmək kimi məcburi hallarda tərk etməyə icazə veriləcək.
Almaniyada epidemik xəstəlikləri öyrənən Robert Koch İnstitutu (RKI) isə, ölkədə koronavirusdan əziyyət çəkənlərin sayının bir gündə 2958 nəfər artdığını və ölkə daxilində bu virusa yoluxanların sayının 16626-a yüksəldiyini açıqlanıb.
Bəzi ekspertlərə görə, kansler Angela Merkel bazar günü səlahiyyətli şəxslərlə görüşdən sonra bütün ölkədə komendat saatı elan edəcək.

xudaferin.eu

11:01