Almaniyadan ermənipərəst addım: Kölndə qondarma “soyqırımı” abidəsi qoyulacaq

 

Almaniya Türkiyə hökumətinə qarşı qərarlar verən Hollandiyanı dəstəklədikdən sonra, daha bir neqativ addım atıb: qondarma “erməni soyqırımı” abidəsinin qoyulmasına razılıq verib. Köln şəhər bələdiyyə məclisinin əsas komissiyasında verilən qərara görə, abidə Lehmbaçer Veq məzarlığında qoyulacaq. Ümumilikdə 5 min nəfər üzvü olan Köln erməni-xristian icmasının yaşıllıq komissiyasına müraciətindən sonra gündəmə gələn abidə məsələsi daha sonra şikayət komissiyasına göndərilmişdi. 2015-ci ildə şikayət komissiyası müsbət rəy verdikdən sonra məsələ əsas komissiyanın gündəliyinə salınmışdı.

 

Müsəlmanların da yatdıqları məzarlıqda ermənilərə abidə qoyulacaq

Qondarma “erməni soyqırımı” abidəsinin Lembaçer Veq məzaqlığında qoyulmasına Köln türklərinin həmrəylik və təşəbbüs platformasının sözçüsü Levent Taşkıran reaksiya verib. “Soyqırım” abidəsinin qoyulacağı məzarlığın qarşısında açıqlama verən Levent Taşkıran deyib: “Platformamız bu məsələni iki ilə yaxın bir müddət ərzində təqib edir. Köln bələdiyyəsi və şəhərdəki siyasi partiyalarla lazım olan görüşləri keçirdik. Lakin təəsüf ki, baş komissiya bizim mövqeyimizə heç bir məhəl qoymadı, bütün fraksiyaların ortaq qərarı əleyhimizə verildi”. Qərarın siyasi olduğunu bildirən Taşkıran deyib: “Görüşlərimiz zamanı biz o zaman hər iki tərəfdən insanların öldüyünü və onların hamısının birlikdə anılması gərək olduğunu bildirdik. Bizim fikirlərimizə soyuq yanaşdılar. Belə bir qərarın verilməsi buradakı türklərə qarşı hörmətsizlikdir. Bu qərarı tanımırıq və antidemokratik hesab edirik”.

Köln şəhərinin bələdiyyə başçısı Henriette Reker qərarın bütün fraksiyalar tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirib.

Hurriyyet.org

06:50