Almaniyada hansı hərəkətləri etmək olmaz?

Pis vəziyyətə düşməmək və cərimə olunmamaq üçün turistlərə, elə almanların özünə də Almaniyanın şəhər və kəndlərinin küçələrində hansı hərəkətləri etməməyi bilmək vacibdir.

 

Məsələn, bu yaxınlarda Düsseldorfda 86 yaşlı təqaüdçüyə dayanacaqda oturub dincəldiyinə görə cərimə yazıblar. Buna səbəb – həmin dayanacaqdan onun təyinatına aid olmayan məqsədlər üçün istifadə edilməsi olub, çünki bu şəxs orada avtobus gözləmirdi. Almaniyanın bəzi regionlarında əgər siz stansiyada və dayanacaqda elə-belə oturmusunuzsa, həqiqətən də cərimə tətbiq edilir. Təqaüdçüyə 35 avro cəriməni ödəmək lazım gəlməyib, çünki o, demensiya və ürək xəstəliyindən əziyyət çəkirmiş və ona dincəlmək vacib idi. Yalnız müvafiq tibbi arayış təqdim ediləndən sonra təqaüdçünün üzərindən cərimə götürülüb. Bu qayda praktikada az istifadə olunsa da, Almaniyanın bir çox şəhərlərində ictimai nəqliyyatda alkoqol qəbul etmək həqiqətən də qadağandır. Avtobus, metro və tramvaya pivə və çaxır şüşəsi ilə daxil olmaq mümkündür. Lakin alkoqol şüşəsini nəqliyyatda açıb qəbul etmək qadağan edilir. Bu qaydalar Berlin, Münxen, Nürnberq, Ştutqart və Duysburqa tətbiq edilir. IC и ICE tipli sürətli qatarlara bu, aid edilmir. Banan qabığı, alma cecəsi və hətta giləmeyvə tumlarını yerə atmaq olmaz: belə hərəkətlərə görə cərimə 10 avrodan 20 avroyadəkdir.

Qayıdaq ictimai nəqliyyata. Şaurma və ya kartof-frinin qoxusu çətin ki, digər sərnişinlərin xoşuna gələ bilər. Bu səbəbdən avtobus, metro və tramvaylarda yemək-içmək xoş qarşılanmır. Əgər siz yeməyiniz və ya içkinizlə oturacağı çirkləndirsəniz, o halda 40 avro cərimə ödəməlisiniz.

2017-ci ilin aprelindən Kölndə qəlyan çəkmək qadağan olunub. Amma bu qadağa şəhərin yalnız bir ərazisinə - Reyn sahilində yerləşən Doyts rayonuna aiddir. Qayda pozanların 75 avrodan 150 avroyadək cərimə ödəmək qorxusu var. Siqareti küçədə çəkmək və sonra kötüyünü yerə atmaq yaxşı ideya deyil. Bu hərəkətə görə cərimə 20 avrodur. Saqqız da zibilə aiddir, onu da təyin olunmayan yerə atanların cəzası 10-20 avro arası təşkil edir.

Almaniya parklarında çiçək kərdisindən buket toplamaq və ya gül dərmək cəzasız ötüşməyəcək. Buna görə cərimələr lazımıncadır. Bu, dəcəllik deyil, maddi ziyanın vurulmasıdır. “Wildpinkler” – Almaniyada ayaqyoluna “çata bilməyən” adamları belə adlandırırlar. Yaxşısı budur, belə zarafat etməyəsiniz. Çünki bu hərəkəti törədən ən pis halda bir ilədək azadlıqdan məhrum edilə bilər. Xuliqanlığa görə minimal cərimə isə 35 avrodur.

 

Xudaferin.eu

Almaniya, "Berlin Bürosu"

 

17:26