Almaniya qəzeti Azərbaycan tərəfindən 10 erməni hərbi qulluqçunun qarşı tərəfə qaytarılmasından yazıb

Almaniyanın “Süddeutsche Zeitung” qəzetində “Azərbaycan 10 ermənini azad edir” sərlövhəli məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə Aİ-nin vasitəçiliyi ilə Azərbaycan tərəfindən qonşu Ermənistana 10 hərbi qulluqçunun təhvil verildiyini bildirir. Qeyd olunur ki, Aİ Şurasının Prezidenti Şarlz Mişel özününü tvitter hesabında bununla əlaqədar paylaşım edib. O, Azərbaycanın bu addımını “etimadı gücləndirmək istiqamətində qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jest” kimi dəyərləndirib.

Məqalədə vurğulanır ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi 10 erməni hərbi qulluqçunun azad edildiyini təsdiqləyiblər. Diqqətə çatdırılır ki, bir neçə gün əvvəl Brüsseldə keçirilmiş birgə görüşdə Aİ tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana “Dağlıq Qarabağ regionu ilə bağlı münaqişədə” dəstək, o cümlədən regionda minaların təmizlənməsində yardım vəd edilib. Yazıda, həmçinin vurğulanır ki, Brüsseldəki görüşdən əvvəl Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həmişə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər. Putin 2020-ci ildə keçmiş sovet respublikaları arasında baş vermiş müharibəyə son qoyan atəşkəs danışıqlarına vasitəçilik edib.

Azərbaycanın 10 erməni hərbi qulluqçunun azad etməsi ilə bağlı eyni məzmunlu xəbərlər Almaniyanın bir çox digər KİV-lərində də dərc olunub.

Vüqar Seyidov

Xudaferin.eu

16:02