Almaniya Öcalanın şəkillərini və PKK simvollarını qadağan etdi

 

Almaniyada Federal Daxili İşlər Nazirliyinin Abdullah Öcalanın fotoşəkillərinin olduğu bayraq və loqoları yasaq etdiyi açıqlanıb.

“Spiegel Online” qadağanın Federal Daxili İşlər Nazirliyinin 2 mart tarixində təhlükəsizlik şöbələri və əyalətlərə göndərdiyi beş səhifəlik təlimatda yer aldığını yazdı. Nazirlik tərəfindən göndərilən təlimatda sarı-yaşıl fon üzərindəki Öcalan fotoşəkillərinin Almaniyada qadağan olunmuş terror təşkilatına dəstək potensialı yaratdığına diqqət çəkilib, yasaqlanan simvol və loqoların siyahısı verilib. Bununla, Öcalanın posteri daxil olmaqla, PKK-nın istifadə etdiyi 33 simvola qadağan gətirildiyi bəyan olunub. Qadağan olunan simvollar arasında YPG-nin loqosu da var.
Qeyd edək ki, PKK lideri Abdullah Öcalan 1970-ci illərdən etibarən Türkiyəyə qarşı terror siyasətinin başında durub. Qondarma “Kürdüstan” qurmaq adı altında onun lideri olduğu PKK təşkilatı keçmiş Sovetlər Birliyindən maliyyə və silah dəstəyi alaraq, düz 35 min nəfər dinc sakinin ölümünə səbəb olub. Uzun illər Suriyada Hafiz Əsəd, o öldükdən sonra hakimiyyətin başına keçən oğlu Bəşər Əsəd diktatura rejimi daim PKK və onun lideri Abdullah Öcalana dəstək olublar. Dünyanın bir çox dövlətləri PKK-nı terrorçu bir qurum olaraq tanıyır. Bu yöndə isə ilk qərarı Almaniya verib. Terrorçu PKK Almaniyada 22 noyabr 1993-cü ildən terror təşkilatı olaraq qəbul edilir.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

08:41