Almaniya hökuməti qaçqınlara daha 2,6 milyard avro ayıracaq

Almaniya hökuməti bu il qaçqınların ehtiyacını ödəmək uçun federal torpaqlara əlavə olaraq 2,6 milyard avro ayıracaq.

Hökumət bu qərarı federal torpaqların ilin əvvəlindən avqust ayınadək qaçqınlara xərclədiyi real vəsaitin məbləği barədə hesabatından sonra qəbul edib. Berlin ayrılacaq vəsaiti adambaşına ayda 670 avrodan götürəcək.

Almaniya 2016-cı ildə bu məqsədlə ümumilikdə 7 milyard avro xərcləməyi nəzərdə tutsa da, bu vəsait yetərli olmayıb. Sonuncu əlavə də nəzərə alınsa, mühacirlərə çəkilən xərclər 9,5 milyard avroya qədər artıb.

Hökumətin fikrincə, bu qərar Almaniyanın dövlət borcunun artmasına səbəb olmayacaq. Belə ki, ölkə büdcəsində qaçqınlarla bağlı xərclərə görə 6,1 milyard avro ehtiyat vəsait nəzərdə tutulub.

17:57