Almaniya Bundestaqının vitse-prezidenti Azərbaycana səfər edəcək

Almaniya Bundestaqının vitse-prezidenti xanım Katrin Goering-Eckardt iyulun 18-də Azərbaycana səfər edəcək.

Bu barədə AZƏRTAC-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, vətəndaş cəmiyyəti, jurnalistlər və hüquq müdafiəçiləri ilə danışıqlar da nəzərdə tutulub.

Xudaferin.eu

16:29