Allahın bu millətə rəhmi gəlsin, əlbətdə əgər…

Əvvəllər iqtisadi və siyasi cəhətdən Avropa ikiyə bölünmüşdür- Qərbi və Şərqi Avropa. Qərbi Avropa kapitalist, Şərqi Avropa isə kommunist bloku adlanırdı. Kommunist bloku dağılandan sonra Şərqi Avropadadan Qərbi Avropaya işçi köçü başladı. Bu demək olarkı bütün Şərqi Avropa ölkələrində ciddi probmə çevrildi. Ölkələrin əsasən kəndləri olmaq şərti ilə əhalisi sürətlə azalmağa başladı. Təsəvvür edin ki, bir vaxtlar Niderlanda əhslisinin sayında Türkiyəlilər ikici olduğu halda, bu gün bu cənnət diyarın sayca əhalisinin ikincisi Lehistan (Polska) vətəndaşlarıdır. Getdikcə əhalisi onsuzda az oilan Estoniya və Latviya hakimiyyətləri öz millətləri üçün elə layihələr həyata keçirdilərki yerli millət ölkəsində qalmağı üstün tutardılar, gəlmələr isə yavaş-yavaş azalmağa başladılar...Litvada əhalinin artimi üçün xususi dövlət proqramı hazırladı və bu barədə başqa bir vaxt yazaram... Sizə bir vaxtlar yaşadığım və vətənim Azərbaycan qədər mənə əziz olan Lehistan (Polska) barədə söhbət açacam... Sürətlə kəndləri və şəhərləri boşalan Lehistan (Polska) höküməti təxminən 15 il öncə uşaq pulunu qaldırdı. Bir uşağa verilən uşaq pulu iki uşağa ikiqat artırıldı və üç uşağı olan ananın işləmək belə yadına dümədi. Üç və daha çox uşağı olan ailələrə güzəştli və uzunmüddətli kreditlə evlər verildi. Beş uşağı olan ailələr pulsuz evlərlə təmin olunmaq şərti ilə bütün kamunal xərclərdən azad edildilər. Onlar ölkə arasında qatar, avtobus və digər nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Bundan əlavə Lehistan (Polska) höküməti iş qurmaq istəyən vətəndaşına böyük məbləğdə geri qaytarmamaq şərti ilə pul verir, beş il isə bütün vergilərdən azad edir. Yuxarida qeyd etdiyim şəhər əhalisinə şamil olan bu güzəştlər, kənd əhalisinə 50 faiz artırımla həyata keçirilir. Məhz bu layihənin səbəbinədir ki, son 10-15 ildə xüsusən başda kəndlər olmaq şərti ilə Lehistan (Polska) əhalisi sürətlə artdı. İndi kəndlərdə yaşayan polyak qadınları istənilən Qərbi Avropa ölkələrinin qadınlarından qat-qat yaxşı yaşayırlar. Bəlkə Azərbaycan höküməti bu barədə ciddi düşünüb bu zavallı millətə bir gün ağlaya... Azərbaycandan kənarda min bir əzab-əziyyətlə pul qazanıb Azərbaycana göndərən azərbaycanlılar olmasa, inanın ölkə əhalisinin əksəriyyəti acından qırılar... Qarşıdan yeni parlament seçkiləri gəlir. Bəlkə öz vətənin, millətin düşünən savadlı, cəsarəti, mərhəmətli, vicdanlı insanlara səs verəsiniz, anasının əmcəyin kəsənə yox!!! Unutmayin ki, Azərbaycan dünyada bəlkədə yeganə ölkədir ki, məmurları allahsız, insafsız və vicdansız insanlardan formalaşıb... Lütfən gəlin başımızla düşünəyin, əgər başımız varsa... Elman Mustafazade Niderland Krallığı Xudaferin.eu

09:20