Allah varsa haqla getsin!

İndi Azərbaycanın bütün internet səhifələrində, özəl internet tv-lərində hamı düşüb Ramiz Mediyevin üstünə, ortada isə rəsmi məlumat yoxdu. Hamı elə subyektiv fikir bildirir. Məndəndə çox soruşurlar...

Dostlar, şəxsən mən Ramiz Mehdiyev barədə hələ onun qılıncının dal-qabağı kəsən vaxtı sözümü demişəm.  

Onun Avropada tərəfdarlarınında, obyektlərini işlədənlərinin də cavablarını necə lazımdlr vermişəm. 

Mən yıxılana balta çalmağı bacarmıram. Qoy onun haqda qanun cavab versin...

Ancaq məni bir adamın müəmmalı ölümü çox düşündürür...

Gəclik illərindən tanıdığım, Milli Azadlıq Hərəkatı  illərində yaxınlıq etdiyim, ziddiyyətli fikirlər daşıyıcısı olan azadlıq aşiqi, Sirus Təbrizlinin (Zindadel Sirus Xodadatpor) ölümünü araşdırmaq lazımdır...

Mən Sirus bəyi hələ Nərimanov rayonunda məktəb direktoru olan erməni arvadla evli olan illərdən tanıyıram. Sonradan rəhmətlik sağ olsun öz millətimizlə ailə qurdu. 

Bunu hamı bilirki Sirus Təbrizli ilə, Qarabağ camaatına patoloji nifrəti olan Ramiz Mehdiyev hec cürə yola getmirdilər... Bunu şəxsən rəhmətlik Sirus bəy özü mənə demişdi.

Fiziki cəhətdən qeyri-adi sağlam insan olan Sirus Təbrizlilinin ölümü bu günə kimi mənə qaranlıq qalır...

Birdə onu tam məsuliyyətlə əlavə etmək istərdim ki, 35 ildir yaşasığım qürbət həyatımda dərk etdim ki, Ramiz Mehdiyevin adamlarının bir düşmənləri var- oda Ölkənin I Xanımı. Bu qədər...

Allah varsa haqla getsin! Deyəsən bu yaxşı səslənmədi...

Əgər Allah haqla getsə, onda gərək Milli Məclisin yarısı türmədə otursunlar...

Hörmətlə Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) Jurnalının baş redaktoru.

Xudaferin.eu

10:55