Alimlər yeni planet sisteminin yaranmasını müşahidə ediblər

Yapon alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu ilk dəfə olaraq yeni planet sisteminin yaranmasını müşahidə ediblər.

Xudaferin.eu bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

NHK telekanalının yaydığı məlumatda bildirlir ki, bu müşahidə Günəş sisteminin necə yarandığını daha yaxşı anlamağa imkan verəcək.

RIKEN İnstitunun və Tokio Universitetinin alimlərinin daxil olduğu qrup 450 işıq ili məsafəsində Buğa bürcü istiqamətində ulduzlardan və planetlərdən ibarət yeni sistemin formalaşdığı sahəni aşkar edib. Müşahidələr dünyanın ən böyük ALMA teleskopunun yerləşdiyi Çilidə aparılıb.

16:36