Alimlər planetimizi xilas etməyin yolunu tapıb

Atmosferdə karbon qazı miqdarının durmadan artması və iqlim dəyişikliyi planetin zərərli qazlardan təmizlənməsi məsələsini gündən günə daha da aktuallaşdırır. Bəs bu qazdan yanacaq kimi istifadə olunması planetimizi xilas edə bilməzdimi? Kanadalı alimlər məhz bunu həyata keçirməyi planlaşdırır.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Joule” elmi jurnalında məqalə dərc olunub.

Karbonla çirklənmiş atmosferdən yanacağın alınması ilə bağlı yeni metod hazırda mövcud olan texnologiyalara əsaslanır və daha ucuz başa gəlir.

Planetin təmizlənməsi və yanacağın yaradılması üçün atmosfer havası içində qələvi məhlul olan böyük çənlərə doldurulur. Reaksiyadan formalaşan maye məhlulu əvvəl tez şəkildə dondururlar, daha sonra isə yenidən qızdırırlar.

Müəyyən mərhələdə qatı suspenziya ərsəyə gəlir. Həmin suspenziya ilə sönmüş əhəng arasında reaksiya yaradırlar. Bu maddələrin reaksiyasından karbohidrogen ayrılır. Ondan yanacağın hazırlanmasında istifadə etmək olur.

Kanadalı alimləri əmin edir ki, belə bir sistemi istənilən zavodda quraşdırmaq olar. Onlar bu yanaşmanı “təbiətin yanacaq dövranı” adlandırır. Belə ki, karbohidrogendən benzinin hazırlanmasında istifadə olunur. Benzin yandıqda isə yenidən havaya karbon qazı buraxılır.

Habelə alimlər əmin edir ki, belə sistemin kütləviləşdirilməsi atmosferi əhəmiyyətli dərəcədə təmizləyəcək və qlobal istiləşmənin qarşısını alacaq.

Xudaferin.eu

11:14