ALİ RİYAZİYYATIN ALİ MÜƏLLİMİ -- RÜZGAR BARATZADƏ .....

Baratzadə Ruzgar Zülfiqar oğlu 1950-ci ildə Gəncə şəhəhərində anadan olmuşdur.
1972 - ci ildə GDU-nun Riyaziyyat fakültəsini bitirmiş ; 1992-ci ildə “Elastik-plastik konstruksiya elementlərinin mürəkkəb yüklənmədə dayanıqlıq məsələsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Rüzgar müəllim 1977-ci ildən Azərbaycan Dövlət Aqrar Unversitetində ( ADAU ) Ali riyaziyyat kafedrasında assistent ,
1989-1992-ci illərdə baş müəllim, 1992-2001- ci illərdə dosent əvəzi , sonradan dosent ; 2001-2009-cu illərdə ADAU-nun Ali riyaziyyat kafedrasının müdiri vəzifələrində işləmişdir.
35 elmi əsərin, 2 dərs vəsaitinin , onlarla elmi məqalələlərin , 16 proqram və 2 metodik vəsaitin müəllifidir
Rüzgar Baratzadə beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmiş , Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
Ali Riyaziyyatın Ali bilicisi olan Rüzgar Baratzadə savadlı müəllim kimi , böyük nailiyyətlər əldə etmişdir. Təbiəti etibarı ilə ciddi və məsuliyyətli şəxs olmuşdur.
Yazdığı kitablarl və elmi məqalələri ilə Ali riyaziyyatın fəlsəfəsini tələbələrinə öyrətmişdir.
Rüzgar Zülfüqar oğlu Baratzadə həm
işıqlı ziyalı , həm də xeyirxah insan olmuşdur.
İstedadlı gənclərə hər zaman dayaq olmuşdur.
Rüzgar Baratzadə yazdığı elmi - tədqiqat əsərləri ilə riyaziyyat elmi sahəsinə öz silinməz imzasını atmışdır.
Böyük pedoqoq , xeyirxah insan -- Rüzgar Zülfüqar oğlu Baratzadə Azərbaycanın elm tarixində Ali riyaziyyatın Ali müəllimi ; Böyük Ziyalı kimi qalacaqdır.

Müəllif : Qəvami Sadıqbəyli , Jurnalist - politoloq.

Xudaferin.eu

14:44