Aksiyaçılar: "Dinc sakinlәri qoruyun"

 

Suriyada 2011-ci ilin mart ayında başlayan vәtәndaş müharibәsinin 6-cı ildönümündә Londonda aksiya keçirib.

Yürüş İngiltərənin başkəndi Londonun Oxsford küçәsindә başlayıb. Tәxminәn 500 nümayişçinin iştirak etdiyi aksiyada Suriya rejimi, Rusiya, İran, ABŞ və İngiltərə əleyhinə şüarlar səsləndirilib.

Aksiyaçılar "Dinc sakinlәri qoruyun" və "6 ildir Suriyalılar sülh və azadlıq üçün mübarizə aparırlar" süarlarları sәslәndiriblәr. Mitinqdə o da bildirilib ki, diktator Bəşər Əsəd rejimi düz 45 ildir Suriya xalqını köləlik zəncirində saxlamağı hədəf seçərək bizləri bu günlərə gətirib çıxarıb. Bəşər Əsəd necə qanlı bir diktatordursa, onun atası və uzun illər ölkəni idarə etmiş Hafiz Əsəd də məhz beklə bir qəddar dövlət başçısı olub. Əsəd ailəsi heç bir uluslararası qanunlara, insan haqları, xalqların var ölüsü düzəni kimi dəyərlərə qiymət verməyib. Bu gün Suriya dünyanın tək dövlətidir ki, burada mövcud olan silahlı qruplar kimin və nəyin uğrunda savaşdığını belə bilmirlər. Ona görə ki, hər bir qruplaşma ancaq maddi gəlir əldə etmək üçün silaha sarılıbdır. Artıq Suriyada silah gücünə özünün həyat normasını təmin etmək üçün yaşayan çoxsaylı zümrələr belə yaranmışdır. Bu həm ölkə, həm də bəşəriyyət üçün çox təhlükəli bir mənbədir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

14:19