AKP iqtidarından böyük öndər Mustafa Kamal Atatürkə qarşı növbəti həqarət

 

Tokat şəhərində 1922-cü ildə Türkiyə Cümhriyyəti qurulması uğrunda gedən qanlı mücadilələr zamanı Mustafa Kamal Atatürkə qarşı dindar tərəfdarlarını hərəkətə gətirərək onun edam ediıməsi fitvasını verən bir mollanın, yəni şeyxülislam Mustafa Səbrinin adı qatı antitürk siyasət yürüdən, AKP iqtidarının 15 ildir dəstək verdiyi “İmam Hatip” məktəbini daşıyır. Yerli əhali hakimiyyətlə qarşı-qarşıya durmamaq, hər hansı bir siyasi provakasiyaların baş verməməsi üçün AKP haqqında belə düşünür: “AKP əsla gerçək xarakterini dəyişməyəcək”. 

Tokat şəhərində AKP rejimi öz mövqelərini dərinləşdirməklə yanaşı, Türkiyənin digər bölgələrində olduğu kimi, çağdaş və modern təhsil sistemini çökdürərək bunun qarışlığında “İmam Hatip” okulları siyasətini dərinləşdirməkdədir. Belə ki, həmin okullarda ibtidadi siniflərdən başlamış, ən yuxarı siniflərə kimi sadəcə dini dərslər verilir və beləliklə də ölkədə mollaların sayı sürətlə artmağa başlamışdır. “İmam Hatip” okullarını bitirən isə, bir yandan dünyəviliyə, yəni demokratik sistemə, digər yandan isə çağdaş inkişaf proseslərinə qarşı aşırı şəkildə çıxmaqla yeni mövhumatçı bir düzən yaratmaqdadırlar.
Osmanlı imperiyası çökdükdən sonra, Türkiyə Cümhuriyyətinin qurulmasına qarşı çıxan dindar kəsimin Tokatdakı lideri Damad Feritin ən yaxın dostu sayılan Mustafa Səbri “Qurtuluş Savaşı”na, Milli Mücadilənin və “Kuvvayi Milliyə”nin öndəri Mustafa Kamal Atatürkə qarşı əhalini ayağa qaldıraraq onun edam edilməsi üçünfitva vermişdir. Bu gün həmin şərəfsizin adına “İmam Hatip” okuluna verilməsinə qarşı etiraz edənlərdən biri kimi Egitim Şən yerli bələdiyyəyə bu barədə müraciət etsə də, ona bir həftədir hər hansı bir cavab verilmir.
Araşdırmalar zamanı o da bəlli olmuşdur ki, Mustafa Səbrinin adının “İmam Hatip” okuluna verilməsi qərarını AKP-ni təmsil edən və yerli bələdiyyənin başqanı Adnan Çiçektir. Uzun illər Tokatda müəllimlik etmiş və xalqın da çox yaxından tanıdığı Hamit Karslı yazılı şəkildə əhalinin adından Adnan Çiçekə yazılı şəkildə müraciət etsə də, bələdiyyə başçısı bütün sorğulara cavab verməkdən yayınmaqdadır.
Qeyd edək ki, AKP-ni təmsil edən Adnan Çiçekin dəstəyi ilə bir müddət öncə Tokatda 2007-ci ildə “Şeyxülislam Mustafa Sabri Vakfı” adlı qurum da yaradılmışdır. Tokatlı aydınlar AKP zehniyyətinin tamamilə yalnış olması səbəbindən bu vəqfi və bələdiyyəni hətta məhkəməyə də vermişdi. Məhkəmə 2009-cu ildə başa çatsa da, AKP-nin dərin basqıları sonucunda ədalətsiz qərar verilmişdi.    
Tarixdən o da bəllidir ki, avam əhalini İngiltərənin maliyyə və silah dəstəyi ilə təmin edən Şeyxülislam Mustafa Səbrinin əsas məqsədi “Kuvvayi Milliyə”ni devirəkmək və Mustafa Kamal Atatürkü edam etdirmək olmuşdur. O, Atatürk tərəfindən ingilislərlə birlikdə darmadağın olunduqdan sonra, 1922-ci ildə canının qorxusundan qadın paltarı geyib və Misirə qaçıb getmişdir.    
 
Xudaferin.eu
Türkiyə, “Tokat Bürosu”

 

10:14