Akademik A.A. Klyosov: “Avropanın qədim əhalisi Türk idi”

Anatoli Alekseyeviç Klyosov 1946-cı il noyabrın 20-də Rusiyanın Kalininqrad vilayətində anadan olub. Fitri istedada malik olan Klyosov əvvəlcə Kalininqrad universitetinin kimya fakultəsinə daxil olur, daha sonra fitri qabiliyyətlərinə görə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) yeni yaranmış Molekulyar Kimya (sonralar biokimya) fakultəsinə təqdimatla göndərilir. Sovetlər dövründə bioloji kataliz üzrə tədqiqatlara görə 1978-ci ildə Lenin komsomolu və 1984-cü ildə SSRİ Dövlət mükafatına layiq görülür. Gənc alim kimi (38 yaşında)  kimya elmləri doktoru, MDU professoru, SSRİ EA-nın A.N. Bax adına biokimya institutunun laborotoriya müdiri olmuşdu. SSRİ-də ilk İnternet istifadəçisi, İnternet barədə sovet mətbuatında ilk elmi-populyar məqalənin müəllifi idi. 1994-cü ildə ABŞ-ın dünyaca məşhur elmi mərkəzləri tərəfindən dəvətlə ABŞ-a köçür. 1996-2006-cı illərdə Bostonda sənaye sektorunda polimer materiallar sahəsindəki kompaniyanın vise-prezidenti və tədqiqatlar və kəşflər üzrə müdiri olur. Eyni zamanda xərçəng əleyhinə yeni dərmanların yaradılması üzrə baş elmi işçi və bu sahədəki kompaniyanın vise-prezidentidir. Eyni zamanda Klyosov insan genetikası və genetika biokimyası üzrə Rusiya EA-nın, Boston, Harvard (ABŞ) universitetlərinin professorudur. Ümumdünya elm və incəsənət Akademiyasının (Stokholm və Vaşinqton elmi elitası tərəfindən təsis edilmiş) üzvü və akademikidir. Hal-hazırda ABŞ-ın Massaçusets ştatının Nyüton şəhərində yaşayır.

Onun dillər və etnosların DNT-genetik kökləri barədə araşdırmaları

Akademik Klyosov etnosların yaranma, formalaşma vətəninin və yayılmasının müəyyən edilməsində genetika elminin son nailiyyətlərindən istifadə edilmə metodlarının ilk yaradıcılarından və təşviqatçılarındandır. Hər hansı tarixi dilin yaranması və yayılması ilə genetikada “HAPLOQRUP” kimi müəyyən edilmiş amil arasında əlaqə barədə fikir artıq 80-ci illərin sonundan elmdə özünə yer etməyə başlamışdır. Faktiki haploqruplara görə müəyyən millətin etnogenezisində (tarixi formalaşmasında) hansı etnosların gəlmə olması, hansının yerli olması barədə fikir söyləmək daha əsaslı alınır. Haploqrup amili hətta imkan verir ki, müəyyən müasir dilin nə zaman indiki əraziyə gəlməsi barədə mövcud fikirləri təsdiq etsin, dəqiqləşdirsin, bu fikir səhv olarsa, onu inkar etsin.
Qeyd: Haploqrup haqda təsəvvür yaratmaq üçün deyək ki, insanın xromosom cütlüyünün (homoloji xromosomların) eyni yerlərində (lokuslarında) yerləşən eyni genin müxtəlif formalarına ALLELlər deyilir. ALLELlərin sırsına isə, HAPLOTİPlər deyilir. Oxşar HAPLOTİPlər qrupuna isə, HAPLOQRUPlar deyilir. Genetiklər artıq XX əsrin 80-ci illərində belə bir nəticəyə gəlmişlər ki, dünyada yaşayan müxtəlif millət və etnosların oxşar haploqrupları var. Belə bir fikir elmdə möhkəmlənib ki, məhz haploqruplar müəyyən tarixi etnosun və ya dilin vətənini, tarixi yayılmasını və qarışmasını göstərə bilər. Haploqruplar xüsusi, biokimyəvi analizlə (əsasən, marker deyilən metodla) müəyyən edildikcə onlara müxtəlif kod nömrələri verilir.
Məsələn, akademik Anatoli Klyosova görə, DNT-də “R1a” haploqrupunun (Y-xromosom)  daşıyıcıları Hindistana və İrana fars dillərini gətirmişlər. Belə ki, tədqiqatlar göstərir ki, bu haploqrup Hindistan və İran ərazisindəki əhalinin genofondunda e.ə II minillikdə peyda olmuşdur. Yazılı mənbələr məhz bu dövrdə İran və Hindistan ərazisinə mədəniyyətcə aşağı olan vəhşi tayfaların axınını qeyd edirlər. Akademik şərti olaraq bu haploqrupu “ari haploqrupu” adlandırır. Bu haploqrupdan törəmə “R1a1” haploqrupunu müasir Hindistanda hindlilərin 16 %-i (100 milyon adam) daşıyır, digəl ki, bölgənin yerli əhalisi olan dravidlərdə bu haploqrup o qədər böyük  göstəricidə deyil. Hindlilərin daxilində yuxarı kastalara aid olan nəsillərdə (racə, brahman) bu haploqrupun göstəricisi daha çoxdur 72 %-dir. Ruslarda (məsələn, Orlov vilayətinin rus əhalisi arasında) genotipdə “R1a1” göstərici 67 %-dir. Alim bu fikirə gəlir ki, əslində hind-fars dillərinin əcdadları slavyan dillərinin əcdadlarının birbaşa qohumudur. Məsələ bundadır ki, dilçilik də slavyan dilləri ilə İran dillərini genetik qohum olaraq digər hind-avropa dillərindən (alman, italik, yunan-friq və i.a.) getdikcə fərqləndirir. Obyektiv fars tarixçiləri də fars şovinizmini tənqid edəndə onu əsas gətirirdilər ki, fars millətçiləri farsları aparıb “arilərlə” bağlamaqla, şimaldan 4 min il əvvəl İrana gəlib, yerli (türk və elamdilli) yüksək mədəniyyəti oğurlayıb öz adına çıxan vəhşi “slavyan-qaraçıları” müasir farslara əcdad kimi qəbul etdilər.
2009-cu ilin aprelində akademik Klyosov yəhudilərin etnogenezi barədə elmi əsərlərinə və yəhudi xalqının tarixinin araşdırılmasına verdiyi töhvələrə görə Koenlərin (Koenlər, koqanlar, kaqanoviçlər və s. - Musa peyğəmbərin qardaşı Aaronun nəslindən olan yəhudi rahibləri) Beynəlxalq Assosiasiyasının qızıl medalına layiq görüldü.             Akademik Klyosov  hansı oxşar haplotip qrupunu “Türk haploqrupu” adlandırır? Alimin fikrincə, hansı dəlillərə görə, Avropanın qədim əhalisi Türk idi? Bu suallara akademik Klyosov özünün “Hind-Avropa və Türk dil ailələrinin qarşılıqlı münasibətlərində əsas tapmaca və DNT-geneologiya vasitəsilə onun həllinə cəhd” əsərində cavab verir.             Öz məqaləsinə girişdə akademik A.A.Klyosov əsasən insan irsiyyətinin göstəricilərindən biri olan haploqrup analyışına aydınlıq verir. O göstərir ki, insanın mənsub olduğu irq - genlər toplumudur (genom). Buraya insanın dərisinin, gözlərinin, saçlarının rəngi, kəllə quruluşu, bədən ölçüləri və s. daxildir. Bütünlükdə bu göstəriciləri öyrənən elm genetikadır. Genetikanın inkişafı ona gətirib çıxardı ki, tamamilə yeni bir və hələ də adı dəqiqləşməmiş elm sahəsi yaranmağa başladı. Bu sahə genetika elmi ilə üzvi bağlı olsa da, tam olaraq ona aid deyil. Çünki, insan irsiyyəti haqqında yeni elm bölməsi insan xromosomunu öyrənir. Haploqruplar da əsasən kişilərin Y xromosomunun bir hissəsidir. Burada isə genlərdən danışmaq olmur. Haploqruplar xüsusi, biokimyəvi analizlə (əsasən, “marker” deyilən metodla) müəyyən edildikcə onlara müxtəlif kod (R1, nömrələri verilir. Məsələn, baba ilə nəvənin qan qohumluğunu müəyyən etmək üçün onların haploqrupunu müəyyən etmək yetər. Geniş götürdükdə haploqrup hər hansı bir tarixi xalqın meydana gəlməsi, miqrasiyası və müasir daşıyıcılarını göstərə bilər.          Akademik A.A.Klyosova görə türk dillərinin ilk daşıyıcıları eyni zamanda elmdə R-1b haploqrupunun daşıyıcıları olmuşlar.
O yazır: “DNT – genealogiyanın məlumatları əsasında belə bir fikir irəli sürülərək əsaslandırılıb ki, qədimdən eramızdan əvvəl I minilliyin ortalarınadək Avraasiyadan Atlantik okeanın sahillərinədək iki dil mərkəzi hegemonluq edib – türk (prototürk) və Hind-Avropa, müvafiq olaraq R-1b və R-1a haploqrup dilləri. Bu haploqrup daşıyıcıları 1-2 minillər fərqi ilə qarşılıqlı istiqamətlərlə miqrasiya etmişlər. Onların eyni ərazilər üzrə hərəkəti linqvist və arxeoloqları çaşdırmış və Hind-Avropa dillərinin ilk vətəninin «kurqan» və ya “Anadolu” nəzəriyyələrinin irəli sürülməsinə səbəb olmuşdur.          Mənim nəticələrimə görə «türkdilli» R-1b haploqrupu 16 min il əvvəl güney Sibirdə yaranaraq Volqanın orta axını istiqamətində, «qədim quyu –kurqan» arxeoloji mədəniyyətlərinin ərazisindən adlayıb Qafqaz və Anadoludan (6000 il əvvəl), Yaxın Doğudan (5300 il əvvəl) və Quzey Afrikadan (3805 il əvvəl) keçib, Pireney yarımadasına (3700 il əvvəl) daxil olmuş və sonradan Britaniya adalarınadək (3350 il əvvəl), kontinental Avropaya daxil olmuşlar. Prototürk dillərinin Pireneylərdən kontinental Avropaya keçdiyi yol, keltərin və italiklərin əcdadlarının yolu olub və çənvari qədəhlər mədəniyyətinin dövrüdür”.
Beləliklə, Klyosov haploqrup göstəricisinə əsaslanaraq bu fikri ortaya atır ki, eramızdan əvvəl IV-III minillikdən ta eramızın I minilliyinin sonuna qədər Avropanın hegemon dili türk dili olmuşdur. Haploqrup göstəriciləri də təsdiq edir ki, türkün R-1b haploqrupu eramızdan əvvəl VIII minillikdən III minilliyədək Avrasiyaya yayılmış və burada irsiyyətdə aparıcı rol oynamışdır. Avropanın digər qədim dil ailəsi olan Hind-Avropa dillərinin əcdadları (paralel olaraq R-1a qrupunun daşıyıcıları) eramızdan əvvəl VIII minillikdən III minilliyə qədər Avropadan Şərqə doğru ilkin türklər (R-1b daşıyıcıları) tərəfindən sıxışdırılmışdı. Lakin eramızdan əvvəl III minillikdən başlayaraq Hind-Avropalılar yenə də Avraasiyada və xüsusilə də Avropada öz hegemonluqlarını bərpa etməyə başlamışdılar. Məqaləsinin bu yerində alim elmdə türkçülərin və “iranistlərin” bir-biri ilə mübarizəsinə toxunur.
“Yüz ildən artıqdır ki, “iranistlər” və ya daha çox “hind –avropaçılar” kimi tanınmış elmi cərəyanın tərəfdarları bir tərəfdən və türkçülər digər tərəfdən opponentlərinin Avrasiyanın qədim mədəniyyət və dil mənzərəsinə töhfələrini qarşılıqlı olaraq inkar edirlər. Onlar iddia edirlər ki, Avropada və Asiyada qədimdə ya bütünlüklə «hind-iran», ya da bütünlüklə türk substratı mövcud olmuşdur. Öz mübahisələrində onlar güzəştlərə getmirlər. Lakin bütün bu problemlərin izahı çox sadədir. Hər iki tərəf yarıbayarı haqlıdır. 20-16 min il əvvəl genetik baxımdan Avrasiyanın iki böyük haploqrupu (R-1a və R-1b) bir-birindən ayrılaraq öz müstəqil inkişafını başlamışdır. Onlardan     R-1a nəsl göstəricisi «hind-avropa» dillərinin daşıyıcılarına, R-1b nəsli göstəricisi isə prototürk dillərinə məxsusdur. Tarix boyu hər iki nəsli göstərici (haploqrup) Avrasiyada tez-tez bir-biri ilə üzləşmiş və bir-birilə çulğalaşmışlar. Aqqlünativ türk dilləri Hind-Avropa dilləri ilə müqayisədə zamana görə dəyişməyə çox az məruz qalıblar. Ona görə də türkçülər türk dillərindəki iranizmləri çox asanlıqla türk dilləri əsasında izah edirlər. Türkçülər antik səlnaməçilərin əsərlərində müxtəlif şəxsi, əşyalarda və termin adlarında türk sözlərini tapırlar. İranistlər isə cavab olaraq öz versiyalarını irəli sürürlər ki, onlara görə də eramızdan əvvəl Avrasiyada nə türklər, nə də türk sözləri mövcud deyildi. Yeri gələndə, iranistlər türkçülərə qarşı «elmi» - repressiv ölçülər qəbul edirlər. Buna aid istənilən türkoloq külli miqdarda nümunə gətirə bilər”.
“Bu məqaləmdə mən göstərməyə çalışmışam ki, çox minillər əvvəl Avrasiyada həm ari, yəni qədim hind-avropa dilləri, həm də prototürk dilləri mövcud olmuşlar. Bu dillərin daşıyıcıları genetikanın şərti qəbul etdiyi müxtəlif nəsillərə aid edilir. Məqaləmin sonrakı hissəsi iranistlərlə türkçülərin qarşıdurmasından söz açır. Əslində bu qarşıdurma olmayıb. Çünki, türkçülərin elm aləmində nüfuzu qəbul edilmədiyindən 200 ildən yuxarı tarixi olan iranist məktəbi daha güclü görünür… Məsələn, 50-ci illərin əvvəllərindən etibarən rəsmi tarix elmi göstərirdi ki, skiflər  «irandilli» olublar. Bundan sonra bu məsələ müzakirə edilməyib. Bu mövzuya qarşı gətirilən istənilən arqument və elmi əsaslar rəsmi elm tərəfindən ya qəbul edilmir, ya da ən azı 60 il müddətində onlara göz yumulurdu”.
Dünya şöhrətli alim öz əsərində qeyd edir ki, müasir türkologiyanın ən böyük səhvi odur ki, o, türk dilinin əsaslarını daha çox Asiyada axtarır, digəl ki, Hind-Avropalılara qədərki Avropanın qədim və ölü dilləri arasında türk dillərinin axtarışına prinsipial yanaşılmayıb. Bununla yanaşı, alim qeyd edir ki, dilçilik üzrə son tədqiqatlar Avropanın qədim əhalisinin türkdilli olmasını göstərir. Rus və Avropanın bir çox dilçi və tarixçi alimlərinin yeni əsərlərindən iqtibaslar gətirərək Klyosov belə bir nəticəyə gəlir ki, müasir dünyada ingilis dili nə qədər qlobal ünsiyyət dili olmuşsa, eramızdan əvvəl IV-III minillikdən eramızın I minilliyinə qədər bu rolu türk dilləri oynayıb (“... əldə edilmiş nəticələr belə bir fikir yürütməyə imkan verir ki, ən qədim dövrlərdən 10-12 əsrlərə qədər Avropa əhalisinin böyük hissəsi türkdilli idi”)..
Öz məqaləsində Klyosov dil nəzəriyyəçisi N.T.Dyaçokun türk dillərini səhvən və ya qərəzlə cavanlaşdırması üçün irəli sürdüyü düsturu tənqid etmişdir. Məhz həmin düstur vasitəsilə Klyosov yenidən hesablamalar aparmaqla göstərir ki, ən azından türk dillərinin ilkin forması 6 min il bundan əvvəl öz əsaslı təkmilləşməsini bitirib. Digəl ki, Dyaçok eyni düsturla öz hesablamalarında türk dillərinə vur-tut cəmi 2500 il yaş verir.          Akademik bu fikirdədir ki, bu gün Avropada yaşayan bir çox yerli xalqlar sadəcə olaraq öz prototürk dilini Hind-Avropa dillərinə dəyişmiş əhalidir. Bunlar sırasında o, baskları, katalonları, keltləri göstərir. Eyni zamanda Klyosov vurğulayır ki, bu gün türk dünyası ilə böyük problemi olan ermənilərin böyük əksəriyyəti türklərin R-1b haploqrupunun daşıyıcılarıdır.

Ruscadan çevirdi və hazırladı: Pərviz Elay

18:43