Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulan ölkələrin adı açıqlandı

Ukrayna, Albaniya, Norveç və Çernoqoriya Avropa İttifaqının Krım körpüsünün inşasında iştirak edən 6 şirkətin adını sanksiya siyahısına salmaq qərarını dəstəkləyib.

Xudaferin.eu xəbər verir ki, müvafiq bəyannamə Avropa İttifaqı Şurasının saytında yerləşdirilib. 

Qeyd olunur ki, Avropa İttifaqına namizəd ölkələr olan Çernoqoriya və Albaniya, habelə Avropa iqtisadi zonasının üzvü Norveç, eləcə də Ukrayna bu bəyannaməyə qoşulub.

İyulun 30-da Avropa İttifaqı hüquqi şəxslərin və təşkilatların yer aldığı sanksiya siyahısını genişləndirib.

Xudaferin.eu

10:26