Aİ-nin “Brexit” strategiyaları məlum oldu

 

Avropa İttifaqının (Aİ) “Brexit” prosesi üçün artıq strategiyaları məlumdur.

Avropa Şurasının prezidenti Donald Tusk “Brexit” ilə bağlı qanun layihəsinin mətnini Aİ-nin 27 üzvünə göndərəcək. Qanun layihəsi prosesin mərhələli şəkildə baş tutmasını təklif edir. D.Tusk Maltada keçirilən mətbuat konfransında qeyd edib ki, proses irəlilədikcə İttifaq ölkələri ilə Birləşmiş Krallıq arasında ticarət əlaqələrini yeni müstəvidə müzakirə etmək mümkün olacaq. “Brexit” danışıqları çətin, hətta bəzən münaqişəli keçəcək. Lakin, Aİ heç vaxt bu prosesə Birləşmiş Krallığı cəzalandırmaq üçün bir vasitə kimi baxmayacaq. Məlum olduğu kimi, Birləşmiş Krallığın “Brexit” strategiyası Aİ ilə ticarət əlaqələrini mümkün qədər qorunub saxlanılması yönündədir.

Xudaferin.eu
“Avropa Bürosu”

06:11