Ağır atletika üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək

Aprel 6-dan 13-dək Batumidə kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Xudaferin.eu Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, çempionatda 42 ölkədən 187 qadın və 214 kişi atlet iştirak edəcək. Yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə aparacaqlar. Asif Məmmədovun rəhbərliyi ilə yığma komandamızın heyətində Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi 96 kq) və Əliş Nəzərov (102 kq) çempionatda qüvvələrini sınayacaqlar.

Xudaferin.eu

17:21