“Ağ ev” yaxınlığında silahlı şəxs həbs olunub

Vaşinqtonda “Ağ ev” yaxınlığında silahlı şəxs həbs olunub.

Metbuat.az-ın məlumatına görə, həmin şəxs avtomobilində saxlanılıb. Polis onun ələ keçirilməsi üçün bəzi yolları müvəqqəti bağlayıb. Axtarış zamanı onun üzərindən içi güllə ilə dolu tapança tapılıb. Sürücü qanunsuz silah gəzdirmə və saxlama maddələri ilə ittiham edilərək, bölməyə aparılıb.

 

Həmin şəxsin hansı məqsədlə “Ağ ev” yaxınlığında olduğu məlum deyil. Hazırda onun dindirilməsi prosesi aparırılır.

METBUAT.az

10:01