ADAU-nun tələbə yataqxanasında konsert proqramı

ADAU-nun tələbə yataqxanasında bir-birindən maraqlı konsert proqramları təşkil etmək, əyləncəli və düşündürücü tədbirlər keçirmək artıq ənənə halını alıb. Bu dəfəki  konsert proqramı bədii rəhbər Rəfael Bayramovun dirijorluğu ilə Firkrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrı tərəfindən keçirilib. Konsertdə əməkdar artistləri Sevinc İbrahimova, Kəmalə Tağızadə və Mahir Məmmədov Azərbaycan bəstəkarlarının əsərlərini, mahnılarını ifa ediblər.

Konsertin sonunda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 17 fevral 2016-cı ildə ölkə prezidentinin açılışında iştirak etdiyi, müasir standartlarına tam cavab verən, 520 tələbənin yaşadığı gözəl kompleksdə asudə vaxtın səmərəli təşkili məqsədilə bu kimi tədbirlərin həyata keçirilməsinin önəmindən  danışıb, orkestrə, onun bədii rəhbərinə təşəkkürünü bildirib.

Cəmilə KƏRİM
Gəncə

12:42