İş adamlarına yatırım miqdarının 30 faizi geri qaytarılacaq

Qazaxıstan - Türkiyə “İş və Yatırım Forumu” başkənd Astanada işə başladı.

Forumda çıxış edən Qazaxıstanın Türkiyə üzrə əvvəlki səfiri olmuş, hal-hazırda Güney  Qazaxıstan Əyalətinin valisi Canseyit Tüymebayev Qazaxıstana sərmayə qoyan iş adamlarına şərait yaradıldığını vurğulayıb.
“Qazaxıstanda 11 milyon dollarlıq sərmayə qoyan iş adamlarına yatırım miqdarının 30 faizi dövlət tərəfindən geri qaytarılacaq”. Bu sözləri Qazaxıstanın Türkiyə üzrə əvvəlki səfiri və Güney Qazaxıstan Əyalətinin valisi Canseyit Tuymebayev söyləyib.
O, “Qazaxıstan - Türkiyə İş və Yatırım Forumu”ndan öncə Türkiyə heyətini qəbul edib.   Qazaxıstanda 1500-dən çox Türkiyəli sərmayədar şirkətin fəaliyyət göstərdiyini, bu rəqəmin daha da artırılması lazım olduğunu bildirən Tüymebayev Güney Qazaxıstan Əyalətinin iş qurmaq üçün uyğun bir yer olduğunu vurğulayıb.

Xudaferin.eu
Qazaxstan, “Astana Bürosu”

11:06