İş adamı yenidən ağzını tikib aclığa balayıb

 

İş adamı Nicat İbrahim artıq 5-ci gündür ki, ki, ağzını tikərək aclıq aksiyası keçirir. Bu haqda onun özü sosial şəbəkələr vasitəsilə məlumat yayıb. Nbrahim ağzını tikməsi səhnəsini də lentə alaraq, görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb. İş adamıə yazılı və video müraciətində qeyd edir ki, onu polislər aladadıb pulunu alıblar, özünü də güllələyiblər.
 

"9 il bundan əvvəl hüquq mühaifzə orqanlarına müraciət etsəm də mənim haq səsimi dinləyən yoxdur. Bütün dünya azərbaycanlılarına, haqq səsini müdafiə edənlərə müraciət edib yardım istəyirəm", iş adamı qeyd edir. O, əlavə edir ki, aldadıb, pulunu da. sağlamlığını da əlindən alıblar, haqlarını tapdalayıblar. "Bununla barışmayacağam, haq mübarizəmi sonadək davam etdirəcəyəm", Nicat İbrahim bildirir.

N.İbrahimin ailəsindən Turan-a onun sağlıq durumunun pis olduğunu deyiblər.

"Halsızlaşıb. Nəfəs almasında da problemlər var. Çox istəsək də aksiyanı dayandırmaq istəmir", iş adamının ailəsindən bildiriblər. Ailəsindən aksiyaının ictimailəşdirildiyi, amma hər hansı rəsmi qurumun N.İbrahimlə maraqlanmadığını bildiriblər. Nicat İbrahim bundan əvvəl də ağzını tikərək aclıq edib.O, ötən il dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başladığı bildirmişdi.

Nicad İbrahimin bildirdiyinə görtə, 2008-ci ildə Abşeron rayonunda ondan 32.000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər. Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. N.İbrahim bildirir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar. Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsdə də, şikayəti ədalətli araşdırılmayıb. Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər, Nicat İbrahimin iddialarını şərh etmir.

TURAN İA

09:20