ADA Universitetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans keçirilir
Avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Xarici İşlər Nazirliyi, ADA Universiteti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə təşkil edilib.
Konfransda Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ombudsman Səbinə Əliyeva, Xarici işlər nazirinin müavini Elnur Məmmədov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov, Qırmızı Xaç Aypara Cəmiyyətinin Azərbaycanda nümayəndəsi Ariane Bauer və itkin düşən Azərbaycan ailəsinin üzvü Müşfiq Əliyev iştirak edirlər.
Tədbirdə bildirilib ki, Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə, onlar girov götürülmüş və bir çox hallarda qətlə yetirilib. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülmüş və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.
Qeyd olunub ki, Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayət əməllərinə görə Ermənistan ədalət məhkəməsi qarşısında cavab verməli olacaq.

Xudaferin.eu
11:19
Digər xəbərlər