Abunəçiləri “Azercell”ə “Bakcell”i rüsvay etdilər: Fırıldaq faktları Politika.Az-da

 

“Əziz Azercell abunəçiləri, bəs siz ulduzla başlayan qısa nömrələrə zənglərin qiymətinin dəqiqəsinin 15 qəpik olduğunu bilirdinizmi? Mən də bilmirdim, çünki heç yerdə yoxdur qiymətlər. Azercell gizlədir”.

Abunəçi Famil Ələkbərov Feysbukda yazıb. Onun sözlərinə görə, digər qısa nömrələrin tarifləri yenə də naməlum olaraq qalır: “İqtisadiyyat Nazirliyinə şikayətdən sonra hələlik ulduzla başlayan nömrələrə olan tariflər açıqlandı. Digərləri sirr olaraq saxlanılır”.

Təmraz Həmidov adlı “Bakcell” abunəçisi isə öz operatorundan narazıdır: “Mənim şikayətim Bakcell-dəndi. 10 Fevralda 28 May metrosu tərəfdə olan bir dilerdən cin nömrə aldım. Satıcı dedi aktivdi nömrə.  Evdə yoxladıqda zəng eliyəndə operator deyir, nömrəniz borcdan bağlıdır. Balansı artırmaq istədikdə isə "Recharging is failed" yazılır. Fb səhifələrindən deyirlər, balansı minimum 2 manat artırmalısınız, alınmır.  555-ə bir dəfə zəng elədim dedilər, problem bizim şəbəkədədir, tez-tez yoxlayın düzələcək. Bu gün isə yenə 555-dən deyirlər ki gedin nömrəni hardan almısınızsa ora. Sizin bəzi məlumatları sistemə yazacaqlar. Belə çox maraqlı. Sistemləri qarışıb deyəsən mobil operatorlarımızın”.

Başqa bir “Azercell” abunəçisi şikayətini yazıb: “5711 kb (5 mb) internet istifadəsinə 118 manat, 147 saniyə zəngə 30 manat alan şirkətə AZERCELL deyilir. Təsəvvür edirsiniz?..  Yəni whatsapp la bir foto göndərdinsə və ya aldınsa, 120 manat artıq hazırdır. Mən bu Azercell ilə mübarizəmi yarımçıq qoymayacam!!! Adamı mal yerinə qoymaq nə imiş, görsünlər! Dostlar xahiş edirəm ki, maksimum paylaşaq”.

Abunəçi Fuad Heydərov yazır: “Həftəlik internet yenilənməsini dayandırmaq istəsəm də iki həftədir hesabımdan avtomatik məbləğ silinir. Məsələni dəqiqləşdirmək üçün FB səhifələrinə baxdım mesaj bölümü bağlıdır. Contact düyməsindən sonrakı səhifə mobil telefona heç uyğun hazırlanmayıb. PC-dən həmin səhifəyə daxil oldum "Göndər" düyməsi işləmir. Saytda aşağı baxdım bəlkə əlaqə forması olar o da yoxdur. Təsadüfən çata rast gəldim. screenshootu göndərib, məsələni bildirdim. Heç screenshoota baxmadan operator deyir ki, mesajda xidmətin ləğvi qeyd olunmayıb. Bir az müzakirədən sonra yenidən istədi və göndərdib çıxılan məbləğin geri qaytarılmasını istədim.  Cavab isə o oldu ki, Siz düzgün sms göndərməmisiniz. Bir neçə dəqiqə əvvəl ümumiyyətlə smsdə yenilənmənin ləğvi ilə bağlı heç bir mətn olmamağına məni inandırmağa çalışırdılar. İndi dəs smsi düzgün göndərməmisən deyirlər”.

Politika.Az

 

09:18