Abşeron rayonunun idmançıları Türkiyə, İran, Belarusda keçirilən beynəlxalq yarışlarda 19 medal qazanıblar

Abşeron rayonunda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində ciddi iş aparılır. Bu gün rayonda 6273 nəfər yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. 2018-ci ilin üç ayı ərzində rayonun gəncləri 4 beynəlxalq və 23 respublika səviyyəli idman yarışlarında iştirak edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktlar Abşeron Rayon İcra Hakimiyyətinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda səslənib.

Bildirilib ki, idman yarışlarında rayon gəncləri 59 medal, o cümlədən 14 qızıl medal qazanıblar. Cari ilin birinci rübündə idmançılar Türkiyə, İran, Belarusda keçirilən beynəlxalq yarışlarda iştirak edərək 19 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, uğurla çıxış edən abşeronlular 8 qızıl, 3 gümüş və 8 bürünc medalla Vətənə qayıdıblar.

Xudaferin.eu

13:11