ABŞ Yəməndən Səudiyyə Ərəbistanına raket hücumunu qınayıb

ABŞ Yəməndən Səudiyyə Ərəbistanına təşkil olunan raket hücumunu qınayıb.

Xudaferin.eu-nun məlumatına görə, Dövlət Departamentindən bildirilib ki, Vaşinqton İranın müasir silahlarla dəstəklədiyi Husi üsyançılarının aqressiv davranışlarından narahatdır.

Xatırladaq ki, ötən gün Husi üsyançıları Ər-Riyada ballistik raket atıb. Lakin mərmi müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Husi üsyançılarının sözçüsü Məhəmməd AbülSalam Tvitterdə yayımladığı mesajında qeyd edib ki, raketin hədəfində paytaxtda yerləşən kral sarayı olub.

Xudaferin.eu

14:11