ABŞ Yaponiyaya Çini üstələmək üçün yeni “görünməyən” qırıcı təklif edəcək

ABŞ-ın müdafiə sənayesi sahəsində tanınmış “Lockheed Martin” şirkəti Yaponiyaya gizlilik texnologiyası ilə təchiz edilən qırıcıların konstruksiyasını təklif etməyi planlaşdırır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yeni konstruksiyanın ixracı qadağan edilən “F-22 Raptor” və təkmilləşmiş “F-35 Lightning II” qırıcılarına oxşayacağı bildirilir.

Məlumatlara görə, məsələ artıq Yaponiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirə edilib. ABŞ hökuməti razılıq verdikdən sonra yapon tərəfinin sorğusuna əsasən (RFI) “görünməz” hərbi texnologiya bu ölkəyə təklif ediləcək.

Yüksək klassifikasiyalı və proqram təminatlı konstruksiyaların Çini üstələmək üçün Yaponiyaya verilməsi barədə qərar Prezident Donald Trampın ABŞ-ın silah ixracı siyasətini dəyişmək barədə vədini də yoxlamağa imkan yaradacaq.

Yeni təyyarə “F-22” və “F-35” qırıcılarının xüsusiyyətlərini özündə birləşdirərək onların hər ikisini üstələyəcək.

Xudaferin.eu

12:18