ABŞ vətəndaşlarına İraqdan yasaq

İraq hökuməti ABŞ prezidenti Donald Trampın qərarına cavab olaraq, ABŞ vətəndaşlarının 90 gün müddətində ölkəyə girişinə qadağa qoyub. ABŞ ilə tamamilə eyni qərarı tətbiq edən hökumət, 90 gün ərzində ABŞ vətəndaşlarını ölkəyə buraxmayacaq, vizası olanları isə ləğv etdirəcək. İraqda İŞİD ilə mübarizə aparan milis qüvvələri olan İraq Xalq Səfərbərliyi Trampın qərarından sonra ABŞ vətəndaşlarının deportasiyasını tələb edib. Bildirilir ki, ABŞ qərarı ləğv edərsə, İraq da həmin addımı atacaq.

Qeyd edək ki, 2003-cü ildə İraq diktatoru Səddam Hüseyn hakimiyyəti Qərbə məxsus müttəfiq ölkələrin dəstəyi ilə devrildikdən sonra, indiyə kimi bu ölkədə fərqli ictimai və sosial baxışlar arasında çox kəskin şəkildə qarşıdurmalar mövcuddur. Beləliklə də ölkə tamamilə bəlirsiz bir siyasi düzənin içindədir. Bir yandan ərəb milliyyətçiliyi, o biri yandan radikal islamçılıq, başqa bir tərəfdən kürdlərin özləri üçün elan etdikləri muxtariyyət quruluşu tamamilə əks qütblərin yaranmasına səbəb olmuşdur. Ən dəhşətli olaylardan biri də, ölkədəki şiə təriqətinə mənsub əhalinin İranın dəstəyi ilə tamamilə fərqli mövqe nümayiş etdirmələridir.

Xudaferin.eu

11:21