ABŞ-ın UKRAYNA MÜHARİBƏSİNDƏ ATƏŞKƏSƏ NAİL OLMAĞA ÇAIIŞMASININ ARXASINDA ƏSLİNDƏ NƏ DAYANIR...?!

Məlum olduğu kimi 16 May 2025-ci il tarixində Rusiyanı təmsil edən Vladimir Medinski və Ukraynanı təmsil edən Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətləri Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılar.
Danıqların nəticəsindən aydın olub ki, tərəflərin mövqeləri son dərəcə ziddiyyətlidir.
Tərəflərin mövqeləri o qədər ziddiyyətdədir ki, danışıqlar ultimatum mübadiləsinə çevrilib. Bu danışıqlardan sonra Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Putinlə danışmaq mənasızdır. Putin Ukrayna müharibəsinin dayandırəlmasını istəmir.
Qərb , xüsusiylə ABŞ siyasətçiləri
Zelenskinin bu addımnı; səbirsiz, tələsik qərar adlandırıb.
Ağ Ev Administrasiyası hesab edir ki , Zelenskinin bu addımı
Moskvaya döyüş əməliyyatlarını davam etdirmək və Kiyevlə deyil, Vaşinqtonla dialoqu davam etdirmək üçün bəhanə verdi.
ABŞ prezidenti Donald Tramp Ukrayna liderinin bu tələsik addımından və onun Rusiya prezidenti Vladimir Putin haqqında səsləndirdiyi fikirdən razı qalmayıb.
Əvvəldən də görünürdü ki , Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqton Moskva ilə birbaşa təmasları seçir.
Təhlilər göstərir ki :
1. Tramp Zelenski ilə deyil, birbaşa Putinlə təmasa can atır.
ABŞ prezidenti Donald Trampın Putinlə görüşmək istəməsi göstərir ki, Vaşinqton Ukrayna məsələsini ikitərəfli diplomatiya ; yəni, birbaşa Rusiya ilə danışıqlar yolu ilə həll etməyə üstünlük verir.
2. Vaşinqton Zelenski və NATO ilə yox,
əvvəlcə Putinlə, sonra Zelenski və NATO təmsilçiləri ilə danışmaq istəyir.
Tramp Ukrayna məsələsində Vaşinqtonun prioritetinin Kiyev və Avropa Birliyi deyil, Rusiya ilə razılaşmada görür.
Bu yanaşma, regional məsələlərin həllində Ukraynanın
ikinci plana keçirildiyini nümayiş etdirir.
3. Kreml Vaşinqtonla bu görüşə açıqdır, lakin hələlik gözləmə mövqeyi sərgiləyir.
Rusiya prezidentinin köməkçisi
Peskovun danışıqlar haqqında açıqlamasından belə məlum olur ki : Rusiya tərəfi təmaslara maraqlıdır, lakin indiki mərhələdə
Kreml şərtləri və gündəmi öz xeyrinə formalaşdırmaq istəyir.
Bu, Moskvanın diplomatik və strateji taktikasıdır.
Ukrayna müharibəsi ətrafında cərəyan edən hadisələr göstərir ki :
--"İkili güc" formatı güclənir.
ABŞ və Rusiya arasında birbaşa təmasların intensivləşməsi Avropa İttifaqının və NATO-nun təsir imkanlarını zəiflədə bilər.
Nəticə etibarı ilə bu, Avropa Birliyinin aparıcı dövlətləri olan Almaniya və Fransa kimi ölkələrin diplomatik platformadan sıxışdırılması ilə nəticələnə bilər.
-- Ukrayna probleminin Ukraynanın iştirakı olmadan ABŞ və Rusiya arasında diplomatiya mövzusu olması ; Kiyevin suverenlik və qərarvermə imkanlarına zərbə vuracaq.
-- Atəşkəs ehtimalı – əslində taktiki pauza rolunu oynayacaq.
Trampın atəşkəsə ümid bəsləməsi, münaqişənin dondurulması deməkdir.
Bu isə strateji baxımdan daimi sülh deyil, müvəqqəti sabitlik və yeni güc paylaşımı üçün pauza ola bilər.
Bütün bu reallıqlar Trampın xarici siyasətdə pragmatik olduğunu göstərir.
Donald Tramp Ukrayna məsələsindən
ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsi vasitəsi kimi istifadə etməyə çalışır.
Bu isə onu göstərir ki, Ukrayna artıq Qərbin ideoloji layihəsi olmaqdan çıxaraq, strateji ticarət mövzusuna çevrilir.
Bununla da perespektivdə ABŞ-la Rusiya arasında yeni “böyük razılaşma” ehtimalı artır.
Bu razılaşmanın mərkəzində isə Ukrayna deyil, enerji təhlükəsizliyi, Çin amili və qlobal güc balansı dayanır.

Qəvami Sadıqbəyli.
Xudaferin.eu

23:46