ABŞ Suriyaya quru qoşunları göndərə bilər

 

CNN-in yaydığı xəbərə görə, Pentaqon prezident Donald Trumpa Suriyaya quru qoşuları göndərilməsini təklif edə bilər.

Xəbərdə adı gizli saxlanılan bir müdafiə nazirliyi rəsmisinin: "Quru qoşunları birlikləri Suriyaya göndərilə bilər" dediyi bildirildi. Yekun qərarın isə ABŞ prezidenti Trumpın verəcəyi ifadə edildi.

Xatırladaq ki, keçən ay Trump müdafiə naziri James Mattisdən 30 gün içərisində terror təşkilatı DEAŞ-la mübarizəni sürətləndirəcək əməliyyat planı hazırlamasını tələb edən sərəncam vermişdi. Sözügedən məlumatların Pentaqonun Trumpa təqdim etmək üçün hazırladığı planın bir hissəsi olduğu iddia edilir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

08:51