ABŞ Suriyada әsgәr sayını artırır

 

ABŞ Suriyaya daha 1000 əsgər göndərməyi planlaşdırır.

Mәlumata görә, qәrar müdafiə naziri Ceyms Mattis və prezident Donald Trump tərəfindən təsdiq olunacağı tәqdirdә ABŞ-ın Suriyadakı hәrbi mövcudluğu iki qat artacaq. Hazırda Suriyada 500 ABŞ hərbçisinin olduğu, bunlardan 100-nün Münbiç, 400-nün isә Rakkada yerləşdirildiyi bildirilir.

Qeyd edәk ki, Donald Tramp keçmiş prezident Barak Obamanı Suriya mәsәlәsindә zәif olmaqda tәnqid edәrәk ABŞ-ın bu ölkәdәki hәrbi mövcudluğunu artıracağını deyir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:22