​ABŞ Suriya və İraqda qalan İŞİD terrorçularının sayını açıqlayıb

ABŞ-ın Müdafiə Nazirliyi Suriya və İraqda qalan İŞİD terrorçularının sayını açıqlayıb.

Xudaferin.eu məlumatına görə, bildirilir ki, hazırda sözügedən ölkələrdə 1000-ə qədər terrorçu qalıb. İŞİD-in ələ keçirdiyi ərazilərin 98 faizi isə azad edilib.

Birləşmiş Ştatlar prezidentinin İŞİD-lə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət üzrə xüsusi nümayəndəsi Bret Makqurk isə bəyan edib ki, Suriyada müharibə hələ bir neçə ay davam edə bilər. Buna görə də, Amerika hərbçiləri silahlıların tam məhvinə qədər orada qalacaq.

Xudaferin.eu

00:38