ABŞ məktəbində atışma: 10 ölü

ABŞ-ın Santa-Fe şəhər məktəbində qanlı qətliamı 17 yaşlı şagird Dimitros Paqursis törədib.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Polis əməkdaşları məktəbin ərazisində kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlayıb.

Atıcının yerli futbol komandasında çıxış etdiyi məlum olub. Paqursis sosial şəbəkələrdə tez-tez silahlarla poz verdiyi fotoşəkilləri paylaşıb.

Son fotoşəkillərindən birində onun əyində olan futbolkada “Born to Kill” yəni “Öldürmək üçün dünyaya gəlmiş” yazısı olub.  O, eyni zamanda ara-sıra sosial şəbəkə hesablarına nasist simvolikasını əks etdirən fotoşəkillər yerləşdirib.

Qeyd edək ki, bundan əvvəl silahlı hücumun iki nəfər tərəfindən həyata keçirildiyi bildirilirdi.

 

14:38