ABŞ Əl-Bağdadinin başına qoyduğu mükafatı artırdı – 25 milyon dollar

ABŞ Əl-Bağdadinin başına qoyduğu mükafatı qaldırdı – 25 milyon dollarHurriyyet.org xəbər verir ki, ABŞ İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin başına qoyduğu mükafatı artırıb. ABŞ Xarici İşlər Nazirliyi İŞİD terror təşkilatının liderinin ələ keçirilməsinə kömək edəcək məlumatı verənlərə vəd etdiyi 20 milyon dollarlıq mükafatı artıraraq 26 milyon dollara çıxardığını bildirib.

Xarici İşlər Nazirliyi yazılı bir açıqlama verərək, “Ədalət üçün Mükafat Proqramı” çərçivəsində Bağdadinin həbs edilməsi üçün 2011-ci ildə təyin edilən məbləği artırdığını bəyan edib. Açıqlamada ABŞ-ın daxili təhlükəsizliyi və Amerika xalqının terrorçuların hücumundan qorunması üçün çalışmalarına davam etdikləri qeyd edilir və “İŞİD liderinin ələ keçirilməsi məsələsində bizə məlumat verilməsi ilə bağlı mükafatı artırırıq” ifadəsi səslənir.

Hurriyyet.org

13:18