ABŞ-KÜRD ANLAŞMASI

 

Bu əməliyyatdan sonra müstəqil Kürdüstan yaradılır

Rakka əməliyyatı başa çatdıqdan sonra əsasən Suriya torpaqlarını əhatə edən müstəqil Kürdüstan yaradılması barədə ABŞ və kürdlər arasında anlaşma əldə edilib. Bu barədə məlumat Suriya mətbuatında yer alıb. Məlumata görə, ABŞ-ın İraq və Suriyada böyük bir kürd dövləti yaradılması istiqamətindəki fəaliyyəti kürd qrupları tərəfindən də dəstəklənib və anlaşma artıq əldə edilib.

“Inside Syria Media Center” adlı xəbər portalı yazır ki, anlaşma Rakka və Tabka alındıqdan dərhal sonra icraya yönəldiləcək. İddiaya görə, Suriya ilə yanaşı amerikalılar İŞİD-in məğlub edilməsinin ardınca İraq torpaqlarından da bəzi əraziləri Kürdüstan dövlətinə verəcək.

 

Xəzər

Cebhe.info

 

06:05