ABŞ Konqresi Trampla Putinin “məxfi görüşlər”inin əleyhinədir

ABŞ Konqresində Donald Trampla Vladimir Putin arasındakı “məxfi görüşlər”in əleyhinə çıxış ediblər.

Xudaferin.eu xəbər verir ki, Nümayəndələr palatasının demokratik partiyadan olan nümayəndəsi Şeyla Cekson Li Rusiya və ABŞ prezidentlərinin gələcəkdə “bütün mümkün məxfi görüşlərini” pisləyən qətnamə layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Sənədin müəllifi həmçinin Amerika liderini Helsinkidə rusiyalı həmkarı ilə ümumi məxrəcə gəldikləri məsələləri Konqreslə razılaşdırmağa çağırıb.

Qətnamədə qeyd olunur ki, Putinlə Tramp arasında əldə olunan razılıqlar “Kremlin maraqlarına xidmət edir”.

Xudaferin.eu

13:35